№ 1,
2006
Məqaləni yüklə
Qeyri-klassik xəttiləşdirilmiş nəzəriyyə çərçivəsində Adams-Vilyamson tənliyi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Mühitin gərginlikli olmasını, onun deformasiya prosesinin fiziki və həndəsi qeyri-xəttiliyini nəzərə alaraq, qeyri-klassik xəttiləşdirilmə yaxınlaşması ilə mühitin sıxlığının Yer təkinin dərinliyi üzrə artımının paylanmasını təyin etmək üçün Adams-Vilyamson tipli düstur alınmışdır. Nəticələr göstərir ki, deformasiyanın qeyri-xəttiliyi və mühitdəki gərginliyin diferensiasiyası sıxlığın dərinlik üzrə artmasına ciddi təsir göstərir. Bu təsirin xarakteri müxtəlif mühitlər üçün əhəmiyyətli dərəcədə fərqlidir. Bir halda sıxlığın artması zonasından sıxlığın azalması zonasına keçid baş verə bilər, başqa halda isə ancaq sıxlaşma prosesi baş verir. Yerin daxili quruluşunun parametrlərinin təyinində sıxlıq xarakteristikalarının inkişafının və dəyişkənliyinin bu cür mexanizmlərinin nəzərə alınmaması düzgün olmayan nəticələrə və təsəvvürlərə gətirib çıxara bilər.
Qeyri-klassik yaxınlaşmanın tətbiqi imkan verir ki, sıxlığın dərinlik üzrə paylanmasının xarakteri ciddi sürətdə dəqiqləşdirilsin, onun formalaşmasının mexanizmi müəyyən edilsin və Yerin dərinlik quruluşuna əlavə işıq salınsın. Harmonik dalğaların üyğun modelləşdirilməsi halında, yəni «həqiqi» sürətlər istifadə olunan zaman başlanğıc deformasiya nəzəriyyələrinin bütün variantları çərçivəsində yeni hadisənin baş verdiyi əvvəlcədən göstərilmişdir: Yerin dərinliyi üzrə təzyiq artdıqça bir sıra geoloji mühitlərdə sıxlığın artması prosesi sıxlığın azalması prosesinə keçə bilər.
Müxtəlif mühitlər üçün təcrübi nəticələrdən istifadə edərək konkret ədədi tədqiqatlar aparılmışdır.