№ 3,
2015
Məqaləni yüklə
Dəniz neft yataqlarının işləmə rejimlərinin analitik üsullarla təyini
1 – Genel Energy, Dumlupinar Bulvarı, No 3A-10, Ankara, Türkiyə, E-mail: fevzi.gumrah@genelenergy.com
2 – BP Caspian, 153, Neftçilər pr., Bakı, AZ1010, E-mail: ala6ju@bp.com
3 – Bahar Energy Operating Company, Zig şossesi, Gum Adası, Bakı, AZ1011, E-mail: omur.o@baharenergy.az
Xülasə
A-
A+
Məqalədə Azərbaycanın Qum-dəniz neft yatağında (blok 7, FLD – Fasilə lay dəstəsi) işlənilmə tarixinin məlumatları, layın kollektor xüsusiyyətləri və flüidin xarakteristik məlumatları əsasında FLD-nin məhsuldarlıq göstəriciləri, ilk neft ehtiyatı, orta lay təzyiqi, daban suyunun basqısı, flüidin doyumluluq əmsalları, neftvermə əmsalı və işlənilmə rejiminin təyininin praktiki üsulları araşdırılır. Ehtimal olunan ilk neft ehtiyatı həcm üsulu ilə 38.5 MMstb, material balans analizii lə 35.39 MMstb təyin edilmişdir. Bu isə onu təsdiq edir ki, FLD-dən çıxarılan karbohidrogen 7-ci blokla sərhədlənən quyular vasitəsilə hasil olunmuşdur.Yataq özünün ilk dövründə tükənmə, elastiki və maye həcminin genişlənməsi rejimləri ilə, sonradan isə lay suyunun dövrəyə girməsi nəticəsində su basqı və tükənmə rejimləri ilə işlənilmişdir. Cari neftvermə əmsalının 25% olduğunu bilərək, maksimum neftvermə əmsalı 37% proqnozlaşdırılmışdır. Layı xarakterizə edən parametrlər (süzülmə-tutum parametrləri, keçiricilik, məsaməlilik, layın deformasiyası, işlənilmə rejimləri) haqqında məlumatların əldə olunması layın işlənilmə strategiyası və neft hasilatının artırılması istiqamətində aparılacaq işlərdə əsas rol oynayır.