Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2015
Məqaləni yüklə fullIssue_icon

Qafqaz regionunun aktiv geodinamikası: Azərbaycanda seysmik təhlükənin nəticələri

F.Ə.Qədirov, M.Floyd, R. Reilinger, Ak.A.Əlizadə, İ.S.Quliyev, S.Q.Məmmədov, R.T.Səfərov

1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

2 – Massaçusets Texnologiya İnstititu, Kembric, MA, ABŞ

Xülasə

A-
A+
Məqalədə Afrika, Ərəbistan və Avrasiya plitələrinin qar­şılıqlı təsir zonasında yer qabığı deformasiyasının tədqiqi məq­sədilə aparılmış GPS müşahidələrindən istifadə edərək, Ərə­bistan və Avrasiya plitələrinin kolliziya zonası hüdudlarında genişmiqyaslı tektonik proseslər interpretasiya edilmişdir. Plitə tektonikası nəzəriyyəsi kontekstində Qafqaz sisteminin (Kiçik Qafqaz, Böyük Qafqaz və Qafqaz keçid zonası) deforma­siyalarının nəzərdən keçirilməsi göstərmişdir ki, kolliziya zo­nasında yer qabığı qısalmasının böyük hissəsi əsasən Böyük Qafqaz qırışıqlıq və üstəgəlmə qurşağında (BQQÜQ) – Böyük Qafqaz dağlarının cənub qurtaracağı boyu baş verir. BQQÜQ-nin şərq hissəsinin Bakıdan qərbdə iki qola ayrıldığı güman edilir. Bu qollardan biri, demək olar ki, Böyük Qafqazın for­ma­sını davam etdirməklə cənuba doğru dönərək Neftçala ya­rımadasını kəsir. İkinci qol (və ya qollar) isə birbaşa Bakıdan cənubda Xəzər dənizinə doğru davam edə bilər. Ehtimal edilir ki, bu qol Mərkəzi Xəzər Seysmik Zonası ilə birləşir. Defor­masiya ümumən BQQÜQ-nin yer səthindəki əsas izinə uyğun gələn qapalı üstəgəlmə şəraitlərində modelləşdirilmişdir. Adı çəkilən qollardan hansının müşahidə olunan deforma­siya­nın əsas səbəbi olmasına imkan verən iki modeli nəzərdən ke­çi­rilmişdir. Modellər Bakıdan qərbdə (təxminən 47-49°E meri­dianları arasında), yarılmanın ~200 km-lik seqmenti boyu aktiv gərginlik toplandığını göstərir. Yaırılmanın bu seqmentinin ayrı-ayrı hissələrində tarixən güclü zəlzələlər (1191, 1859, 1902) baş vermişdir ki, bu da yaırılmanın mərkəzi və qərb seqment­lərində gələcəkdə güclü zəlzələlərin (M~6-7) baş verilməsi ehtimalını güman etməyə əsas verir. BQQÜQ-nin şərq hissə­sinin eni üzrə, Bakı yaxınlığında Kür çökəkliyi və Böyük Qaf­qazı kəsən profil boyu oxşar deformasiya sahəsi müşahidə edi­lir. Şərq seqmenti boyunca yaırılmanın qolu şimal-qərb – cənub-şərq istiqamətli üstəgəlmədən şimal-cənub istiqamətinə yönələn üfüqi sürüşmə tipli yarılmaya (və ya qarışıq tiplər) ke­çir. BQQÜQ-nin şərq və mərkəzi seqmentləri boyu oxşar deformasiya sahəsinin müşa­hidə edilməsi Şərqi Azərbaycanda da güclü zəlzələlərin baş verə bilmə ehtimalını artırır. Lakin BQQÜQ-nin şərq seqmen­tində tarixən qeydə alınan güclü zəl­zələlər olmamışdır və Kür depressiyası və qonşu Xəzər hövzəsi hüdudlarında böyük qa­lınlıq, yüksək nəmlilik və ifrat təzyiqli çöküntü qatı ilə xarak­terizə olunur. Bu da elastiki deformasiya toplanmasını yarıl­maların aram hərəkəti və/və ya paylanmış yarılma əmələgəlmə və qırışıq əmələgəlməni gecikdirə bilər. Beləliklə, analizlərin böyük zəlzələlərin Azərbaycanın mərkəzi və qərb hissələrində baş verə bilmə ehtimalını göstərməsinə baxmayaraq, şərq seq­menti boyu və hansı strukturda güclü zəl­zələlərin baş verə bil­məsi ehtimalı şübhə altındadır. Aktiv de­for­masiyaların öyrənil­məsi məqsədi daşıyan hazırkı və gələcək məqsədyönlü tədqi­qat­lar Azərbaycanın sıx məskunlaşmış və yüksək səviyyədə inkişaf etmiş bu hissəsinin tektonikasına və zəlzələ təhlükəsinə işıq sala bilər.