Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2013
Məqaləni yüklə fullIssue_icon

Elburs dağlarının şimal yamacında sürüşmələrin yaranmasına təsir edən amillərin təhlili (Səfidrud çayı hövzəsinin timsalında)

E.K.Əlizadə, Ə.S.Cəfərzadə Estəlx Kuhi

Azərbaycan MEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143 Bakı ş., Hüseyn Cavid pr., 115

Xülasə

A-
A+
İranın şimalında (Elburs dağları) sürüşmə proseslərinin intensiv inkişaf etməsinin başlıca səbəbləri ərazinin yüksək tektonik aktivliyi, iqlim şəraiti və geoloji quruluşu ilə bağlıdır. Çoxsaylı və müxtəlif istiqamətli dərinlik qırılmalarının mövcudluğu və onların kəsişməsi süxurların bütövlüyünü xeyli zəiflədir və sürüşməyə əlverişli şərait yaradır. Elburs dağlarının şimal yamacları İranın ən çox yağıntı düşdüyü ərazidir. Belə mürəkkəb tektoniki-relyef şəraitində isə bu yağıntılar süxur kütlələrini daha da hərəkətə gətirir və sürüşmələri qaçılmaz edir. Bölgənin həm şimala, Xəzər sahili akkumulyativ düzənliyə doğru, həm də Səfidrud çayı dərəsi istiqamətində meyilliyinin kəskin artması sürüşmələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Elburs dağları və onu şimaldan əhatə edən akumullyativ düzənlik İranın ən inkişaf etmiş çayçılıq və sitrus meyvəçiliyi regionudur. Çay kolları 1500-2000 m hündürlüyə kimi becərilir. Bu isə intensiv suvarma şəraitində yamaclara əlavə yükün artmasına səbəb olur və onları hərəkətə gətirir. Son nəticə kimi, ərazidə sürüşmələrə təsir edən amillər nəzərə alınaraq, tədqiqat bölgəsinin sürüşmə təhlükəliliyi xəritəsi tərtib olunmuşdur.