№ 4,
2012
Məqaləni yüklə
Abşeron yarimadasının uzun müddət işlənmədə olan yataqlarında lay təzyiqləri dəyişməsinin xüsusiyyətləri (Qala yatağının timsalında)
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə Abşeron yarımadasının uzun müddət işlənmədə olan yataqlarının, bütövlükdə və daha ətraflı Qala yatağının timsalında, lay təzyiqlərinin dəyişmə xüsusiyyətlərinin analizi verilmişdir. Müəyyən edilmişdir ki, yataqların çoxillik iştismarı lay təzyiqlərinin əhəmiyyətli dərəcədə düşməsinə gətirib çıxarmışdır. Laya suvurma üsulu ilə yataqda təzyiqləri saxlama tədbirlərinə baxmayraq, lay təzyiqlərinin düşmə dərəcəsi ilkin təzyiqlərə nisbətən 18,5-94,3%-ə bərabərdir. Təqdim olunan məsələ Qala yatağının timsalında daha ətraflı araşdırılır.