Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2012
Məqaləni yüklə fullIssue_icon

Abşeron yarımadasında geotermal enerji resurslarının qiymətləndirilməsi və istifadə perspektivləri

A.V.Əsədova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Abşeron yarımadasında yeraltı suların və süxur kompleksinin malik olduğu temperatur məlumatlarına əsasən 6000 metrə qədər dərinliklərdə yatan pliosen çöküntüləri və lay su komplekslərinin geotermal enerji gücü qiymətləndirilmişdir. Yarımadada pliosen çöküntü kompleksi hüdudlarında 50-dən artıq dərin quyu üçün temperaturun paylanması qrafikləri təhlil olunmuş və məsaməli kollektorlarda həcmi istilik toplanması modeli əsasında geotermal resursların sıxlığı hesablanmışdır. Əldə edilmiş nəticələr Abşeronda geotermal enerjidən istifadə olunmasının perspektivliliyini əks etdirir. Abşeronda geotermal enerjidən istifadənin perspektivliliyi burada kifayət qədər enerji resurslarının və bundan istifadə üçün müasir texnologiyaların mövcudluğu ilə əsaslandırılır.