№ 2,
2012
Məqaləni yüklə
Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarının geokimyəvi şəraitinin ekoloji qiymətləndirilməsi
1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
2 – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı
B.Ağayev küç. 100(A)
B.Ağayev küç. 100(A)
Xülasə
A-
A+
Tədqiqat işində Böyük Qafqazın şimal-şərq yamacları üçün səciyyəvi olan biogeokimyəvi cəhətdən daha fəal makro- və mikroelementlərin miqrasiyası və konsentrasiyasının ümumi qanunauyğunluqları əsasında müxtəlif hündürlük qurşaqları üzrə yayılmış landşaft tiplərinin geokimyəvi xüsusiyyətləri araşdırılmışdır. Bununla yanaşı, ərazinin geokimyəvi şəraitnnin ətraf mühitə, burada yaşayan canlılara və xüsusən də insan sağlamlığına təsiri araşdırılaraq mövcud landşaftların geokimyəvi şəraiti ekoloji baxımdan qiymətləndirilmişdir. Eləcə də müxtəlif landşaft tiplərində daha çox yayılan xəstəliklər, xüsusilə mikroelementlərin anomal konsentrasiyasının təsirindən yaranan xəstəliklər və onların yayılma dərəcəsi müəyyənləşdirilmişdir. Tədqiqatın yekun nəticəsi olaraq “Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarının tibbi-ekogeokimyəvi xəritə-sxemi” tərtib edilmişdir.