Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2009
Məqaləni yüklə fullIssue_icon

Riyazi statistika üsulları ilə sürüşmə törədən amillərin qiymətləndirilməsi (Həştçin regionu, Ərdəbil vilayəti, Iran)

R.Təlayi

Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23

Xülasə

A-
A+
Ərdəbil vilayətinin cənubında yerləşən Həştçin zonasında (şimali-qərbi İran) sürüşmələrlə amillərın kəmyyiət əlaqələrı çoxdəyişənli reqressiya metodu vasitəsilə müəyyənləşdirilmişdir. Bu analizi həyata keçirmək üçün 40 dəyişəndən ibarət olan matrisa qurulmuşdur. Reqressiyanın addım-addım irəli gedən metodu əsasında analizdə geoloji, əsas qırılmalara qədər məsafə, enişliyin meyil dərəcəsı və istiqamətı, ərazinin istifadə növü, sürüşmələrin sahəsi və yayılması, il boyu düşən yağıntıların miqdarı, çayların və yolların uzunluğu, binaların sahəsi kimi məlumatlardan istifadə edilmişdir. Reqressiya əmsalları əsasında müəyyən olunmuşdur ki, ərazidə sürüşmələrin baş verməsındə ən təsiredici amillər məntəqənin litoloji xüsusiyyətləri və ərazidən istifadə edilmədır. Ən çox sürüşmə hadisəsi miosen dövrünə aid gil və mergel formasiyaları və eosen dövrunə aid hidrotermal dəyişmiş süxurlarda baş vermişdir. Sürüşmələrın 36,75%-i bu formasiya süxurlarında baş veribdir. Statistik əmsal qiymətləri göstərir ki, litoloji və yerdən istifadə amilləri başqa amillərə nisbətən tənliyin quruluşuna daha çox təsir edir. ß əsasında yaradılmış reqressiya tənliyinin vasitəsilə Həştçin zonası yamaclarının sürüşmə hadisələrinə həssaslığı qiymətləndirilmişdir.