№ 2,
2009
Məqaləni yüklə
Elastiki mühitin qeyri-xətti təsiri və onun elastiki dalğaların yayılma sürətinə təsiri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Elastiki dalğaların qeyri-klassik xəttiləşdirilmiş nəzəriyyəsi çərçivəsində süxurların kiçik və böyük (sonlu) deformasiyalara qeyri-xətti reaksiyası tədqiq olunmuşdur. Süxurlar müxtəlif elastiki potensialların köməyi ilə bircins sıxılan mühit kimi modelləşdirilmişdir. İxtiyari bircins başlanğıc gərginlik vəziyyətlərində kvadratik və Murnaqan tipli elastiki potensiallardan istifadə edilərək qeyri-xətti təsir əmsallarının hesablanması üçün sadə analitik formulalar alınmışdır. Elastiki rəqslərin formalarının müxtəlif modellərindən istifadə etməklə müntəzəm hərtərəfli sıxılma halında Meksika körfəzinin bir sıra çöküntü süxürları üçün qeyri-təsir əmsalı təyin olunaraq, ikinci və üçüncü tərtibli elastiklik modullarının bu əmsallarda və elastiki dalğaların sürətlərində rolları müəyyən edilmişdir.