№ 3,
2008
Məqaləni yüklə
Vibrotəsirin neftin laydan su ilə sıxışdırma əmsalina təsiri xüsusiyyətləri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
İşdə 6-12 Hs diapazonunda dəyişən aşağıtezlikli elastik titrəyişlərin neftin laydan suyla sıxışdırma xüsusiyyətinə müxtəlif mərhələlərdə təsiri ilə bağlı aparılmış laboratoriya təcrübələrinin nəticələri göstərilmişdir.
İşlənmənin mərhələsindən aslı olmayaraq neftvermə əmsalının vibrotəsir zamanı neftin su ilə adi sıxışdırmaya nisbətən artması təyin olunmuşdur. Belə ki, neft layına vibrotəsirdən alınan ən yüksək effekt işlənmənin başlanğıç mərhələsində müşahidə olunur, bu zaman adi sulaşmaya nisbətən vurulan işçi agentinin həçmi az və neftin hasil olunma müddəti sulaşma müddətinə nisbətən qısalmış olur.
Hidrokarbon mayenin özlülük və sıxlığından aslı olaraq, neftin sıxışdırma əmsalının vibrasiyanın parametrlərindən asılılığı təyin olunub. Neft layının başlanıc vibrotəsirə reaksiyası nisbətən, birqədər gecikməklə baş verdiyi göstərilir.