Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2008
Məqaləni yüklə fullIssue_icon

Bayıl yamacı sürüşmələrinin geomorfoloji və texnogen şərtləri (həcmi-qrafik model)

F.Ş.Əliyev, Ə.M.Salamov, X.A.Əlizadя, Ə.K.Gül, Y.Q. Məmmədov

1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

2 – Azərbaycan Milli Aerokosmik Agentliyi, АZ1116, bakı, S.Axundov, 1

3 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı
B.Ağayev küç. 100(A)

Xülasə

A-
A+
Bayıl sürüşməsinin dövrü aktivləşməsi təbii və antropogen amillərin qeyri-düzgün qiymətləndirilməsinin nəticəsidir. Birincilərə: qruntların atmosfer sularla nəmlənməsi, həmçinin Xəzər dənizi sularının transqressiyası nəticələri aiddir. İkincilərə: yarğan, neft-mədən kanalizasiya suları hesabına sulaşma və su kəməri şəbəkələrindən sızmalar, qəzalı hovuzlar, metro xətləri, tikilmiş və tikilməkdə olan yüksək binalar, karxanalar, həmçinin avtomagistrallarda hərəkətin intensivliyi aiddir.

Həcmi blok diaqramlar geoloji hadisələrin bir-birindən qarşılıqlı asılılığını və inkişafını zaman-məkan çərçivəsində izləməyə, müxtəlif xüsusiyyət və amil¬lərin (sürüşmə zonaları, qrunt sularının hərəkət istiqaməti, tekton pozulmaların amplitudası və s.) dəyişilmələri əyani surətdə müşahidə etməyə imkan verir.
Geoloji faktlar əsasında qurulmuş Bayıl sürüşmə yamacının qrafik modelinin təhlili sürüşmə təzahürlərinin qədimlərdən cavanlara doğru dərinliyinin, intensivlik və sahəsinin artmasını nümayiş etdirir. Proqnozlaşdırılan sürüşmənin xətti isə Şəhidlər Xiyabanı, Dağüstü parkdakı vaxt ilə Kirovun heykəli ucalan meydançadan «Gülüstan» sarayına kimi sahəni əhatə edir.

Məqalədə həmçinin aktivləşən sürüşmənin intensivliyini azalda biləcək profilaktik tədbirlər tövsiyə edilir və gələcəkdə bu işlərin daha yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanır.