№ 1,
2008
Məqaləni yüklə
Azərbaycan ərazisində təbii və antropogen fəlakətlər
1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
2 – Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23
3 – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı
B.Ağayev küç. 100(A)
B.Ağayev küç. 100(A)
Xülasə
A-
A+
əal dağlıq qurşaqda yerləşən Azərbaycan Respublikası təbii və antropogen mənşəli dağıdıcı proseslərin intensiv inkişaf etdiyi və yayıldığı ərazilərdəndir. Məqalədə təbii-antropogen amillərin qarşılıгlı təsiri ilə ildən-ilə fəallaşan sel hadisələrinin, sürüşmələrin, subasmaların və digər təbii dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirləri qiymətləndirilir. Dağ və düzənlik geosistemlərinin degradasiyasındakı rolları aşkar olunmaqla, sel və sürüşmələrin daha geniş yayıldığı Böyük Qafqaz və qismən də Kiçik Qafqazda onların inkişaf xüsüsiyyətləri araşdırılmışdır. Ölkə təsərrüfatına Kür və Araz çaylarının daşmasının və Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində sahil zonasının su altında qalmasının vurduğu zərərin həcmi müəyyən edilmişdir.
Son illərdə Ermənistan-Azərbaycan münəqişə zonasında işğal olunmuş 63114 ha k/t sahələrinin yandırılması rəqəmsal kosmik şəkillər vasitəsi ilə aşkar edilməklə ətraf mühitə külli miqdarda (181 213 917 ABŞ dolları həcmində) ziyan vurulduğu hesablanmışdır.