Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2007
Məqaləni yüklə fullIssue_icon

Antropogen yüklənməyə görə çay hövzələrinin ekoloji vəziyyətinin qiymətləndirilməsi (Azərbaycan Respublikası daxilində)

M.A.Abduyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Çay hövzələrinin antropogen yüklənmə dərəcəsinə görə ekoloji vəziyyəti bal sistemi tətbiq edilməklə qiymətləndirilmişdir. Antropogen yüklənməni müəyyən etmək üçün hövzələrin hər km²-nə düşən əhali və heyvan sıxlığının, hövzənin meşəlilik və antropogenləşmə əmsallarının, həmçinin çayların çirklənmə dərəcəsinin göstəricilərindən istifadə edilmişdir. Tədqiq olunan çay hövzələrinin 2%-nin zəif, 25%-nin mülayim, 73%-nin isə əhəmiyyətli dərəcədə antropogen yüklənməyə məruz qaldığı aşkar edilmişdir. Çay suları çirklənmə indeksinə görə əsasən mülayim çirklənmiş və çirklənmiş (III və IV sinif) sulara aid edilmişdir.