Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2007
Məqaləni yüklə fullIssue_icon

Yer təki mühitnin sıxlıq artımının qeyri-xətti məsələsinin həlli və onun dayanıqsızlığı

H.H.Quliyev, A.C.Əsgərov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Ümumi qeyri-xətti nəzəriyyə çərçivəsində Yer təki mühitlərinin sıxlığının deformasiyadan asılı olaraq artımının qeyri-xətti məsələsinin dəqiq həlli qurulmuşdur. Qeyri-klassik xəttiləşdirilmiş yaxınlaşmadan (QKXY) istifadə edərək göstərilmişdir ki, bu həll müxtəlif geoloji mühitlər üçün «daxili» dayanıqsızdır. QKXY tətbiq edərək, deformasiya prosesinin və mühitin gərginlikli olmasının qeyri-xətti olduğunu nəzərə alaraq, Yerin dərinliyi üzrə mühitlərin sıxlığının artımını, sıxılan mühit modelinin ixtiyari elastiki potensialı halında təyin etmək üçün düstur alınmışdır. «Daxili» dayanıqsızlıq konsepsiyasına istinadən alınmış nəticələrin tətbiq sərhədləri müəyyən edilmişdir. Ayrı-ayrı materialların (mühitlərin) deformasiyalarını kvadratik və Murnaqan tipli elastiki potensiallarla ifadə edərək, onların qeyri-xətti deformasiya halında sıxlığının artımı haqqında konkret nəticələr alınmışdır. Hərtərəfli sıxılma halında deformasiyanın «daxili» dayanıqsızlıq halına uyğun qiymətində sıxlığın artımı prosesi sıxlığın azalması prosesinə keçir.