Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2006
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanda əhalinin məşğulluq problemləri

Z.N.Eminov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Əhalinin işlə təmin edilməsi ölkənin mühüm iqtisadi, demoqrafik, sosial problemlərindən biridir. Eyni zamanda məşğulluq insanların həyatının maddi mənbəyi, cəmiyyətin təlabatını ödəyən maddi məhsullar istehsal edilməsinin, iqtisadi inkişafının əsasıdır. Lakin Azərbaycanın iqtisadiyyatında keçid dövründə baş verən dəyişikliklər təsərrüfat strukturunun yenidən qurulmasına, əmək ehtiyatlarının bu sahələr arasında yenidən paylanmasına səbəb olur. Bu prosesdə əmək ehtiyatlarının işlə təmin edilməsi çətinləşir. Ona görə də işsizlik artır. Yeni mülkiyyət formalarına əsaslanan istehsal və xidmət obyektlərinin yaradılması, xarici sərmayələrə əsaslanan subyektlərin təşkili əhalinin məşğulluğunun yüksəlməsinə az təsir göstərir.

Sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyətinin pozulması, tam gücü ilə işləməməsi, yeni istehsal obyektlərinin yaradılmasının zəif tempi istehsal sahələrində, əsasən də sənayedə məşğul olanların sayının kəskin azalmasına gətirib çıxarmışdır. Əksinə, bu gün əmək ehtiyatlarının 40%-i kənd təsərrüfatı məhsullarının becərilməsi ilə məşğuldur.