№ 4,
2006
Məqaləni yüklə
Yüksək termodinamiki şəraitdə qabıq və mantiya ekloqitlərinin petrofiziki xassələri və onların yer litosferində mövqeyi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Qabıq və mantiya eklogitlərinin petrofiziki xassələri yüksək kvazihidrostatik təzyiqli modifikasiya olunmuş bərk fazalı qurğuda təyin edilmişdir. Əldə edilmiş məlumatlardan aydın olur ki, bütün qrup ekloqitlər üçün fiziki parametrlər çox geniş dəyişir. Bu, süxur əmələgətirən mineralların nisbət variasiyaları və süxurların təkrar proseslər vasitəsiylə qismən dəyişilməsi ilə izah olunur. Kokçetav massivi, Uzal və Tyan-Şan metamorfik komplekslərinin qabıq ekloqitlərinin fiziki parametrləri kontinental qabıq-mantiya qatışığının seysmik xarakteristikalarına uyğun gəlir. Yakutiya və Pamirin kimberlit partlayış buğumlarının mantiya ekloqit nümunələrində ölçülmüş fiziki parametrlərin orta qiyməti kontinentlərin normal üst mantiyasının qabıqaltı təbəqəsinin seysmik xarakteristikasına uyğun gəlir.