Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2006
Məqaləni yüklə fullIssue_icon

Şimal-şərqi Azərbaycan və Cənubi Dağıstanın hüdudlarında mezozoy-paleogen süxurlarının neft-qazlılığının dəyişməsinin regional qanunauyğunluqları

Ə.Ə.Feyzullayev, N.M.Cabbarova, A.H.Qocayev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Şimal-Şərqi Azərbaycan və Cənubi Dağıstanın hüdudları daxilində mezozoy-paleogen çöküntülərinin neft-qazlılığının dəyişməsinin regional qanunauyğunluqları nəzərdən keçirilmişdir. Aşkar edilmiş qanunauyğunluq və onun tədqiq edilən rayonların geoloji quruluşu ilə əlaqəsini nəzərə alaraq Yalama-Xudat zonasının stratiqrafik intervalının mümkün neft-qazlılığının proqnozlaşdırmasına təşəbbüs göstərilmişdir. Çökəklik zonalarında (Cənubi Dağıstanda Qayakənd, İzberbaş, Açı-su, İnçxe-dəniz sahələri və Şimal-Şərqi Azərbaycanda Şuraabad və Siyəzən monoklinalı yataqları) maye karbohidrogenlərin üstünlük təşkil etməsi müəyyən olunmuşdur. Yura süxurlarının və paleogen-üst təbaşir çöküntülərinin yerüstü yatma səviyyəsi olduğundan iri Samur tağına bağlı sahələr neftəmələgəlmə zonası xaricindədir və əsasən, neftliliklə (Daq.Oqni və Xoşmənzil sahələri) və yaxud qazlılıqla (Duzlaq sahəsi) xarakterizə olunur. Bununla əlaqədər olaraq, Yalama-Xudat zonasında əsas axtarış obyektləri kimi yura (əsasən qaz yığımlarının axtarışı üçün perspektivli olan) və təbaşir (maye karbohidrogenlərin aşkara çıxarılmasında perspektivli olan) çöküntüləri göstərilir.

Təbaşir çöküntülərinin neft-qazlılığı perspektivliyi Cənubi Dağıstan-Zeyxur çökəkliyi tərəfə yönəlmiş ÇQ qalxımın qanad hissələri ilə əlaqələndirilir (qeyri-antiklinal tipli yataqlar), qalxıntıların tağ hissələri isə yalnız yura çöküntüləri baxımından maraq kəsb edə bilər.