№ 3,
2006
Məqaləni yüklə
Leysan buludlarının hərəkət xüsusiyyətlərinin sellərin yaranmasına təsiri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Hidrometeorologiya Elmi-Tədqiqat İnstititu, AZ1154, Bakı, Heydər Əliyev prosp., 10
Xülasə
A-
A+
Bu məqalədə 2001-2005-ci illərdə aparılmış radiolokasiya, meteoroloji və hidroloji müşahidələr əsasında leysan buludlarının hərəkətinin sellərin yaranmasına təsiri tədqiq edilmişdir. Ərazinin yüksək meyilliyə malik olması, sel ocaqlarında külli miqdarda kövrək qırıntılı materialların toplanması və çay hövzəsinə intensiv leysan yağıntılarının düşməsi sellərin yaranması üçün nə qədər zəruri olsa da, kifayət deyildir. Müəyyən edilmişdir ki, sellərin yaranmasına leysan buludlarının çay hövzəsinə və axın istiqamətinə nəzərən hərəkəti əhəmiyyətli təsir göstərir. Belə bir fərziyyə irəli sürülmüşdür ki, leysan buludları çay axınının əksinə hərəkət etdiyi zaman onun məcrasının orta hissəsində yağıntıların təsiri ilə yumşalaraq möhkəmliyini itirmiş süxurların əsas axına cəlb olunması nəticəsində güclü sellərin yaranması və inkişafı üçün əlverişli şərait yaranır. Leysan buludlarının çayın məcrasına və axın istiqamətinə nisbətən hərəkət tərzinin nəzərə alınması sel hadisələrinin radiolokasiya vasitəsilə etibarlı proqnozlaşdırılmasına geniş imkanlar açır.