№ 3,
2006
Məqaləni yüklə
Azərbaycanda yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalədə 1999-cu il siyahıyaalmasına əsasən əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə paylanması təhlil edilir. Respublikanın mərkəzi hissələrini əhatə edən okean səviyyəsindən aşağı sahələrdə və 200 m-ə qədər hündürlükdə ölkənin əhalisinin yarısından çoxu cəmlənir. Son 30-40 il ərzində dağlıq rayonlarda yaşayış məntəqələri və əhalinin sayı kəskin azalır. Əhali getdikcə daha çox düzənlik və dağətəyi rayonlarda toplanır. Eyni zamanda, dağlıq ərazilərə nisbətən bu regionlarda əhalinin sayı daha sürətlə artır, yaşayış məntəqələrinin sosial-iqtisadi potensialı güclənir.