Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2006
Məqaləni yüklə fullIssue_icon

Şərqi Azərbaycanın mezokaynozoy çöküntülərinin qamma-spektrometriyası

Ç.S. Əliyev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Şərqi Azərbaycanın çökmə süxurlarının müxtəlif stratiqrafik intervallarının (yura-pliosen) radioaktiv tədqiqatlarının nəticələri verilmişdir. Şərqi Azərbaycanda 40 təbii çıxış tədqiq edilmişdir. Qamma-spektrometrik tədqiqatların nəticəsində ən yüksək radioaktivliyə alt maykop süxurları, ən zəif radioaktivliyə isə təbaşir yaşlı süxurların malik olduğu müəyyən olunmuşdur. Yura yaşlı süxurlar üçün aktivliyin paylanması normal qanuna uyğun normada olub toriumun və kaliumun aktivliyindən asılıdır. Təbaşir yaşlı süxurların zəif aktivliyi radioaktiv elementlərin miqdarının aşağı olmasından və radioaktivliyin təbiətindən asılıdır. Alt oliqosen süxurlarının aktivliyi çox yüksəkdir və uran elementinin yüksək miqdarı ilə əlaqədardır. Alınan nəticələr, qamma-spektrometrik tədqiqatların geolojı-geokimyəvi məlumatlarını nəzərə almaqla, çöküntü kəsilişlərin stratifikasiyasında ekspres üsul kimi istifadə oluna bilər.