Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2006
Məqaləni yüklə fullIssue_icon

Cənubi Xəzər çökəkliyi yer qabığının yeni geofiziki tədqiqat nəticəsinə əsasən xüsusiyyətləri

P.Z.Məmmədov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AZ1010, Bakı, Azadlıq prospekti, 20

Xülasə

A-
A+
Məqalədə yeni geofiziki tədqiqatların nəticələrinə əsasən CXÇ-nin yer qabığının xüsusiyyətləri nəzərdən keçirilir. İfrat dərəcəlik seysmometriyasının ÜDN (İDS – ÜDN) modifikasiyası və DSZ məlumatlarına istinad etməklə yer qabığının ikiölçülü seysmostratiqrafik modeli qurulmuş, tomoqrafik və sıxlıq modelləri ilə müqayisə olunmuşdur. Kristallik qabığın (KQ) və çöküntü örtüyünün alt qatlarının öyrənilməsində ifrat dərinlik seysmikasının yüksək səmərəliliyi göstərilmişdir. KQ-nin çox vacib konseptual xüsusiyyətləri aşkarlanmış və seysmik müşahidələr şəbəkəsinə görə vahid məkan-zaman sxeminin (tarixi-geoloji modelinin) tərtib olunma vacibliyi əsaslandırılmışdır.

İDS – ÜDN üsulunun yüksək məlumatlı verilənləri əsasında və bir çox geoloji-geofiziki amilləri nəzərə almaqla Abşeron-Balxanyanı qırışıq zonası yaxıqlığındı metomorfik qatı epihersen platforması altına çökməsinin subduksiya modelinin xüsusiyyətləri müzakirə olunur və bu model regionun pleyttektonik modelinin əlamətlərindən biri kimi qəbul edilir.