Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2006
Məqaləni yüklə fullIssue_icon

Qafqaz regionunda (Azərbaycan) yura dövrü maqmatizminin təzahüretmə qanunauyğunluqları və geodinamikası

M.A. Mustafayev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Tədqiq olunan reqion – Qara dəniz-Kiçik Qafqaz-Xəzər dənizi vulkan qurşağının Azərbaycan hissəsini əhatə edir və vulkanizmin intensiv yayıldığı üç zona – Şimal, Cənub və Mərkəz ilə səciyyələnir.

Şimal zona skif plitəsinin cənub aktiv kənarında inkişaf taparaq erkən yuranın (toar-plinsbax) toleit-bazalt vulkanizminin effuziv fəaliyyəti nəticəsində formalaşmışdır. Vulkan məhsulları tfan subokeanik rift strukturasının mərkəzi hissəsinin şimali-qərb istiqamətində inkişaf tapmışdır. Mərkəzi tipli vulkanlar qryadalar şəklində strukturun uzanması istiqamətində müşahidə olunan yarılmalarla izlənilir. Vulkanik məhsullar yüksək titanlıdır, SiO2-nin miqdarına görə bazaltoidlər qruppasından kənara çıxmır. Nadir hallarda yüksək əsasi tərkibə malik olan pikrit-bazaltlara da təsadüf olunur.

Cənub zona Azərbaycanın cənubunda İran mikrokontinentinin şimal passiv zonasında formalaşmışdır. Burada da, Şimal zonada olduğu kimi, erkən yura vulkanizmi toleit-bazalt tərkibli vulkanitlərlə səciyyələnir. Vulkanitlər maddi tərkiblərinin xüsusiyyətlərinə görə kontinental tipli riftlər üçün səciyyəvi sayılır.

Mərkəzi zona yura dövründə Göyçə-Əkərə okean körfəzinin şimal aktiv kənarında adalar qövsü geodinamik şəraitində formalaşmışdır. Tektonomaqmatik təkamülün ümumi qanunauyğunluğuna əsaslanaraq belə nəticəyə gəlinmişdir ki, burada yura vulkanizminin arealı Qərbi Sakit okean tipli aktiv kontinental kənar olmuşdur.

Məqalədə yura vulkanizminin xüsusiyyətləri təsvir olunan zonalar üzrə ayrı-ayrılıqda səciyyələndirilir, vulkanik məhsulların maddi tərkibləri araşdırılır və onların formalaşdığı geodinamik şəraitlər müəyyənləşdirilir.