Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2006
Məqaləni yüklə fullIssue_icon

Cənubi Xəzər çökəkliyinin dünyanın iri və ən iri neftli-qazlı hövzələri sırasında yeri

A.İ. Əliyev

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Neftçilər prospekti, 73, Bakı, AZ1000, Azərbaycan, E-mail: xaver@socar.gov.az 

Xülasə

A-
A+
Cənubi Xəzər çökəkliyi neft və qazın ilkin potensial ehtiyatlarına görə dünyanın iri neftli-qazlı hövzələri sırasına aid edilir (ehtiyatları 10-50 mlrd. ton şərti yanacaq) və Marakaib (Venesuela), Mərkəzi Avropa və Perm (ABŞ) neftli-qazlı hövzələri ilə müqayisə oluna bilər.

Neftli-qazlı hövzələrin neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsində hövzədə toplanmış çöküntülərin həcmi və aşkar edilmiş iri və ən iri neft-qaz yataqlarının çoxluğu ən mühüm meyarlardan sayılır. Cənubi Xəzər çökəkliyində toplanmış çöküntülərin həcmi 3,25 km³-ə qədər qiymətləndirilir. 2006-ci ilin əvvəlində burada 88 neft və qaz yatağı aşkar edilmişdir ki, onlardan da dördünün ilkin geoloji ehtiyatları 500 mln. tondan artıq ş.y. ehtiyatına malik olan ən iri yataqlar kateqoriyasına aiddir (Balaxanı-Sabunçu-Ramanı-Azəri-Çıraq-Günəşli, Şax-dəniz, Qoturtəpə). Bu dörd yataqda Cənubi Xəzər çökəkliyində aşkar edilmiş ilkin geoloji ehtiyatların 50%-dən çoxu cəmləşmişdir. Kəşf olunmuş yataqlardan 14-ü ilkin kəşf edilmiş geoloji ehtiyatları 100-500 mln.ton ş.y. olan iri neft-qaz yataqları kateqoriyasına aiddir. Bu yataqlarda Cənubi Xəzər çökəkliyində aşkar edilmiş ilkin nef-tqaz ehtiyatlarının 28% yerləşmişdir.

Beləliklə, Cənubi Xəzər çökəkliyi, toplanmış çöküntülərin böyük həcmi ilə yanaşı, aşkar edilmiş iri və ən iri neftli-qazlı yataqları ilə səciyyələnir ki, bu yataqlarda da müəyyən edilmiş ilkin geoloji ehtiyatların 80%-i cəmləşmişdir. Bu isə Cənubi Xəzər çökəkliyində (xüsusən Cənubi Xəzər hövzəsində) axtarış-kəşfiyyat işlərinə cəlb edilmiş onlarla perspektivli strukturlarda yeni iri neftli-qazlı yataqların kəşf edilməsini əsaslandırmağa imkan yaradır.