№ 3,
2006
Məqaləni yüklə
Cənubi Xəzərdə neft və qaz axtarışının nəticələri və perspektivlərinin analizi
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azneft” İstehsalat Birliyi, AZ0033, Bakı, Ağa Neymatulla küç., 39
Xülasə
A-
A+
Məqalədə Cənubi Xəzərin (CX) kontrakt sahələrində aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin analizi verilir. Müəyyən edilmişdir ki, aşkar edilmiş məhsuldar tələlərin sayına görə axtarışın 25%-i, məhsuldar quyulara görə isə 35%-i uğurlu olmuşdur. Axtarış-kəşfiyyat işlərinin effektivliyinin bir o qədər yüksək olmamasına baxmayaraq, CX karbohidrogen potensialının yüksək olması güman edilir. Son illər CX-də neft axtarışının bəzi neqativ nəticələri isə, əsasən, strateji və texnoloji (metodoloji) səhvlərlə əlaqələndirilir. İqtisadi riskin və əsaslandırılmamış xərclərin azaldılması üçün əvvəllər alınmış məlumatların genişprofilli mütəxəssislər tərəfindən dəqiqliklə yoxlanılması və əlavə olaraq daha dəqiq və məqsədyönlü kompleks təqiqatların aparılması tövsiyə olunur.