Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ Special Issue, 2026
Məqaləni yüklə fullIssue_icon

Qəbələ şəhərində avtonəqliyyat səs-küyünün şəhər mühitinə və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi

Əliyev Ə.A.¹*, Məmmədov M.İ.¹, Abdullayeva X.R.²

¹Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu, Azərbaycan
AZ1073, Bakı, H. Cavid pr. 117
²Mingəçevir Dövlət Universiteti, Azərbaycan
AZ4500, Mingəçevir, D. Əliyeva küç. 21

*Məsul müəllif: anvar.aliyev@geo.edu.az

DOI: 10.33677/GIANASCONF20260300009


 

Xülasə

A-
A+


Avtomobil nəqliyyatının yaratdığı səs-küy şəhər ərazilərində, xüsusilə nəqliyyat fəaliyyətinin və turizmin inkişaf etdiyi şəhərlərdə getdikcə daha mühüm ekoloji problemə çevrilir. Tədqiqatda Azərbaycanın Qəbələ şəhərində avtomobil nəqliyyatının yaratdığı səs-küy səviyyələri qiymətləndirilmiş və onların şəhər mühitinə və əhalinin sağlamlığına potensial təsirləri araşdırılmışdır. Çöl ölçmələri nəqliyyatın hərəkət intensivliyinin nisbətən yüksək olduğu əsas şəhər küçələri boyunca seçilmiş monitorinq məntəqələrində aparılmışdır. Səs-küy səviyyələri SVAN 947 səs səviyyəsi ölçən cihaz vasitəsilə ölçülmüş, müşahidələr əsasən III və IV kateqoriyalı küçələri əhatə etmişdir. Ölçülmüş göstəricilər tədqiqatda qəbul edilmiş səs-küyün yol verilən hədləri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Nəticələr göstərir ki, monitorinq məntəqələrinin əksəriyyətində avtomobil nəqliyyatının yaratdığı orta səs-küy səviyyələri istinad edilən hədlər daxilində və ya onlardan aşağı olmuşdur. Lakin nəqliyyatın pik hərəkət saatlarında 28 May, V. Qəhrəmanov, A. Cavad və H. Cavid küçə və prospektlərində səs-küy səviyyələri istinad göstəricisini təxminən 7–10 dB aşmışdır. Uşaqlar, yaşlı insanlar və hamilə qadınlar da daxil olmaqla, potensial həssas əhali qruplarına xüsusi diqqət yetirilmişdir. Tədqiqatın nəticələri şəhər mühitində səs-küyün davamlı monitorinqinin aparılmasının, yolkənarı yaşıl infrastrukturun təkmilləşdirilməsinin, nəqliyyatın hərəkətinin idarə edilməsinin və nəqliyyat vasitələrinin müntəzəm texniki baxışdan keçirilməsinin əhəmiyyətini göstərir. Tədqiqat Qəbələ şəhərində şəhərsalma və nəqliyyat planlaşdırılması proseslərinə ekoloji səs-küy amilinin inteqrasiyası üçün empirik əsas yaradır.

Açar sözlər: avtonəqliyyat səs-küyü, ətraf mühit səs-küyü, şəhər mühiti, əhalinin sağlamlığı, səs-küy çirklənməsi, nəqliyyat hərəkətinin intensivliyi, Qəbələ, Azərbaycan

ƏDƏBİYYAT

Aliyev, A.A. (2013). Monitoring of traffic intensity and environmental conditions on the Baku–Guba–Russian border (M-1) highway. Proceedings of the Azerbaijan National Academy of Sciences, Earth Sciences, (1), 96–99.

Aliyev, A.A. (2018). The impact of noise on human health. International Scientific Journal “Internauka”, 2(42), 16–20. https://doi.org/10.25313/2520-2057-2017-18-3248

Basner, M., McGuire, S., Müller, U., Elmenhorst, E.-M., Bozigar, M., de Kluizenaar, Y., Janssen, S., Witte, M., & Guski, R. (2022). Environmental noise and effects on sleep: An update to the WHO systematic review and meta-analysis. Environmental Health Perspectives, 130(7), 076001. https://doi.org/10.1289/EHP10197 ACS Publications

Clark, C., & Paunovic, K. (2018). WHO environmental noise guidelines for the European Region: A systematic review on environmental noise and quality of life, wellbeing and mental health. International Journal of Environmental Research and Public Health, 15(11), 2400. https://doi.org/10.3390/ijerph15112400 

Dory, D. (1992). Towards a geographic analysis of pluralistic health care systems. Geographia Medica, Supplement 8, 61–64.

Fu, X., Wang, L., Yuan, L., Hu, H., Li, T., Zhang, J., Ke, Y., Wang, M., Gao, Y., Huo, W., Chen, Y., Zhang, W., Liu, J., Huang, Z., Zhao, Y., Hu, F., Zhang, M., Liu, Y., Sun, X., & Hu, D. (2023). Long-term exposure to traffic noise and risk of incident cardiovascular diseases: A systematic review and dose-response meta-analysis. Journal of Urban Health, 100(4), 788–801. https://doi.org/10.1007/s11524-023-00769-0 

Jafarov, S. (2024). Education Policy of 3rd Generation Universities. Revista De Gestão Social E Ambiental, 18(6), e05690. https://doi.org/10.24857/rgsa.v18n6-007

Jafarov, S. (2024). Internationalisation and cultural aspects of online learning, training, and research. Pakistan Journal of Life and Social Sciences, 22(2), 6437–6452. https://doi.org/10.57239/PJLSS-2024-22.2.00486

Jafarov, S., Babashova, S., Dadashov, T., & Garibov, S. (2024). The influence of intonation on the interpretation of parenthetical clauses. Pakistan Journal of Life and Social Sciences, 22(2). https://doi.org/10.57239/pjlss-2024-22.2.00810

Khalilov, S.B. (2006). Ecogeographical problems of Azerbaijan. Baku.

Meddour, R., & Sahar, O. (2026). The rare, endemic and threatened vascular flora of Algerian wetlands: A review. Acta Botanica Caucasica, 5(2), 14–32. https://doi.org/10.30546/abc.2026.30910

Pavlova, E.I. (2004). Ekologiya transporta [Transport ecology]. Transport.

Tolsky, V.E., Butakova, G.V., & Melnikova, B.N. (1995). Shum na transporte [Noise in transport]. Transport.

World Health Organization Regional Office for Europe. (2018). Environmental noise guidelines for the European Region. World Health Organization.


 

DOI: 10.33677/GIANASCONF20260300009