Xəzər dənizinin sahil geosistemlərində landşaft-ekoloji şəraitin formalaşması və dinamikasının xüsusiyyətləri (Samur-Dəvəçi ovalığı timsalında)
¹Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu, Azərbaycan
AZ1073, Bakı, H. Cavid pr. 117
²Mingəçevir Dövlət Universiteti, Azərbaycan
AZ4500, Mingəçevir, D. Əliyeva küç. 21
*Məsul müəllif: saida.zeynalova@geo.edu.az
DOI: 10.33677/GIANASCONF20260300003
Xülasə
Tədqiqatda Xəzər dənizinin səviyyə tərəddüdləri və antropogen fəaliyyətin birgə təsiri şəraitində Samur-Dəvəçi ovalığının sahil landşaftlarının məkan-zaman dinamikası, struktur transformasiyası və ekoloji dayanıqlılığı araşdırılmışdır. Dəniz səviyyəsinin çoxillik müşahidə məlumatları, çöl landşaft xəritələşdirilməsinin nəticələri və hidrogeoloji göstəricilər kompleks şəkildə təhlil edilərək transqressiya (1978–1995-ci illər) və sonrakı reqressiya (1995-ci ildən sonra dəniz səviyyəsinin −29,0 m-dən aşağı enməsi) mərhələlərində landşaftların dəyişikliklərə reaksiyası qiymətləndirilmişdir. Nəticələr göstərir ki, transqressiyanın maksimum mərhələsində dəniz suları sahilboyu yarımsəhra landşaftlarının 80–100 km² sahəsini basmış, sahil xəttinin şimalda 200–300 m, cənubda 1500 m-ə qədər, Ağzıbir laqunu ərazisində isə 4–5 km quruya doğru irəliləməsinə səbəb olmuşdur. Bununla da sahil xətti 1926-cı ildə qeydə alınmış tarixi vəziyyətinə qayıtmışdır. Qrunt sularının səviyyəsinin yüksəlməsi nəticəsində izafi rütubətlənmənin üç dərəcəsi fərqləndirilmişdir: güclü (qrunt sularının dərinliyi 0,0–0,5 m), orta (0,5–1,5 m) və zəif (1,5–3,5 m) izafi rütubətlənməyə məruz qalan geosistemlər. Bu proses sahil landşaftlarının geniş ərazilərdə sualtı akval və bataqlıq komplekslərinə transformasiyasını sürətləndirmişdir. Şollar düzənliyində bir əsr ərzində davam edən antropogen təzyiq nəticəsində meşə örtüyünün sahəsi 2,0–2,5 dəfə azalmış, mövcud meşəliklərin 60–65%-ni törəmə meşəliklər təşkil etmiş və meşələrin çölləşməsi prosesi intensivləşmişdir. Bununla yanaşı, torpaqların hidromorfluq dərəcəsinin artması sahilboyu qum təpələrində bitki örtüyünün formalaşmasını sürətləndirmiş, eol proseslərinin fəallığını zəiflətmiş və psammomorf geosistemlərin sabitləşməsinə şərait yaratmışdır. Tədqiqatın nəticələri təbii və antropogen amillər arasındakı qeyri-xətti qarşılıqlı əlaqələri üzə çıxarır və Xəzər dənizinin dinamik sahil zonalarında torpaqdan istifadənin dəyişən təbii şəraitə uyğunlaşdırılmış strategiyalar əsasında təşkilinin zəruriliyini əsaslandırır.
Açar sözlər: Samur-Dəvəçi ovalığı, Xəzər dənizi sahili, transqressiya, reqressiya, akval landşaftlar
ƏDƏBİYYAT
Anolkin, A.A., Rybalko, A.G., Kandyba, A.V., Vikulova, N.A., Kulakova, E.P., Yanina, T.A., & Kurbanov, R.N. (2023). Between the Caucasus and the Caspian Sea: Human occupation of the coastal zone of the Western Caspian in the Pleistocene. Archaeological Research in Asia, 34, Article 100442. https://doi.org/10.1016/j.ara.2023.100442
Ahmadova, Kh.N., & Jabarov, S.H. (2023). Obtaining of Al nanosized thin layers and their structural properties. Arabian Journal for Science and Engineering, 48, 8083–8088. https://doi.org/10.1007/s13369-022-07449-2
Duan, Z., Wang, G., Hu, J., Yu, T., Chen, S., Zhang, Y., Wang, Y., Liu, H., Zhao, X., & Chen, H. (2025). Spatiotemporal dynamics of northern Caspian shorelines (1985–2023) and implications for coastal management: Lessons from the Aral Sea. PLOS ONE, 20(6), Article e0325546. https://doi.org/10.1371/journal.pone.0325546
Gu, F., Alizadeh, K., & Behling, H. (2022). Late Holocene vegetation and environmental changes of coastal lowlands in Northern Iran: Possible role of climate, human impact and Caspian Sea level fluctuations. Wetlands, 42(5), Article 38. https://doi.org/10.1007/s13157-022-01555-5
Gurbanov, E., & Huseynova, H. (2025). Wetland vegetation of Azerbaijan. Acta Botanica Caucasica, 4(1), 4–13. https://doi.org/10.30546/abc.2025.4.1.602
Hajiyev, G. A. (1975). Air temperature fluctuations and changes in the Azerbaijan SSR over the last 130 years. News of the Academy of Sciences of the Azerbaijan SSR, Earth Sciences Series, (5), 65–72. [In Azerbaijani]
Ismayilov, M. J. (1986). Landscape dynamics of the Shollar Plain and Lenkoran Lowland. Proceedings of the Academy of Sciences of the Azerbaijan SSR, Earth Sciences Series, (3), 42–49. [In Azerbaijani]
Ismayilov, M., & Jabrayilov, E. (2019). Protected areas in Azerbaijan: Landscape-ecological diversity and sustainability. Ankara Üniversitesi Çevrebilimleri Dergisi, 7(2), 31–42.
Ismayilov, M., Zeynalova, S., & Guliyeva, S. (2023). Transformation and dynamics of structural-genetic features of the landscapes of the Caspian coast plains (on the example of the Salyan, South-East Shirvan and Lankaran plains). Proceedings of the Bulgarian Academy of Sciences, 76(6), 925–935. https://doi.org/10.7546/CRABS.2023.06.13
Jafarov, S., & Nadirsoy, F. (2024). The essential role of STEM in shaping future workforce leaders. Pakistan Journal of Life and Social Sciences, 22(1), 6272–6281. https://doi.org/10.57239/PJLSS-2024-22.1.00463
Kostianoy, A.G., & Kosarev, A.N. (Eds.). (2005). The Caspian Sea environment (Vol. 5). Springer Science & Business Media. https://doi.org/10.1007/b138238
Kupriyanova, E.I., & Trapeznikova, O.N. (1997). Land waterlogging and changes in the natural and economic structure of the Kalmyk coast. Proceedings of the Russian Academy of Sciences, Geographical Series, (6), 90–97. [In Russian]
Lahijani, H., Leroy, S.A., Arpe, K., & Cretaux, J.F. (2023). Caspian Sea level changes during instrumental period, its impact and forecast: A review. Earth-Science Reviews, 241, Article 104428. https://doi.org/10.1016/j.earscirev.2023.104428
Lattuada, M., Albrecht, C., & Wilke, T. (2019). Differential impact of anthropogenic pressures on Caspian Sea ecoregions. Marine Pollution Bulletin, 142, 274–281. https://doi.org/10.1016/j.marpolbul.2019.03.046
Makhmudov, R., Teymurov, M., Agayev, Z., & Jabrayilov, E. (2025). Assessment of water resources in Nakhchivanchay River Basin using runoff coefficients method. Proceedings of the Bulgarian Academy of Sciences, 78(9), 1312–1318. https://doi.org/10.7546/CRABS.2025.09.05.
Saleh, H.M., Mohammed, L.H., Abdullah, B.M., Ibrahim, A.A., & Omar, M.A. (2026). Evaluation of the radioactivity of radon gas and measuring the radon concentrations for some samples of imported and local coal in Kirkuk city. Advanced Physical Research, 8(1), 111–129. https://doi.org/10.62476/apr.81101
DOI: 10.33677/GIANASCONF20260300003