Yeni geoloji-geokimyəvi məlumatlar əsasında Orta Kür çökəkliyinin karbohidrogen resurslarının qiymətləndirilməsi
Tağıyev M.F.¹*, Xuduzadə Ə.İ.², Axundov Ş.X.¹, Axundova X.R.¹
¹ SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan AZ1122, Bakı, H.Zərdabi кüç., 88a
² SOCAR, “AzNeft” İB, Azərbaycan AZ1000, Bakı, Neftçilər prosp., 73
*Yazışmalara məsul: mushfiq.taghiyev@socar.az
DOI: 10.33677/ggianas20260100168
Xülasə
Bu günə qədər Orta Kür çökəkliyinin çöküntü qatının dərinlik quruluşu seysmik tədqiqatlar vasitəsilə əhəmiyyətli dərəcədə dəqiqləşdirilmişdir. Seysmik zondlama vasitəsilə çoxsaylı struktur qalxımlar aşkar edilmiş və onların qapanma konturları müəyyən edilmişdir. Bu qalxımların sahəsi bir neçə kvadrat kilometrdən onlarla kvadrat kilometrə qədər dəyişir. Əvvəllər məlum olan strukturların çox hissəsinin mövcudluğu təsdiqlənsə də, onların bir qisminin əvvəlki struktur interpretasiyaların nəticələri ilə müqayisədə əhəmiyyətli dərəcədə kiçik sahəyə malik olduğu müəyyən edilmişdir. Bəzi hallarda əvvəllər qapalı sayılan müsbət struktur elementlər yeni interpretasiyada struktur çıxıntılar kimi şərh edilmiş və ya ümumiyyətlə öz təsdiqini tapmamışdır. Aşkar edilmiş strukturların sahəvi xüsusiyyətləri, ehtimal olunan rezervuarların qalınlığı, onların flüid tutum xassələri və proqnozlaşdırılan yığımların karbohidrogen faza halı nəzərə alınmaqla, C3 kateqoriyalı perspektiv resursların hesablanması həyata keçirilmişdir. Beləliklə, indiyədək qazma ilə əhatə edilməmiş struktur qalxımların perspektiv horizontları üçün C3 kateqoriyalı karbohidrogen resursların qiymətləndirilmə imkanı əldə edilmişdir. Məqalədə Orta Kür çökəkliyində neftqazlılığı təsbit edilmiş Paleogen və Təbaşir çöküntü intervalları üçün perspektiv neft və qaz resurslarının proqnozu təqdim olunur. Kür-Qabırrı çaylararası, Gəncə və Muradxanlı neftli-qazlı rayonlarının bir sıra perspektivli strukturları üçün C3 kateqoriyalı resursların qiymətləndirilməsi ümumilikdə 57 sahəni əhatə etmişdir. Baxılan rayonları müqayisə etdikdə perspektiv resursların müxtəlif dərinlik intervalları üzrə paylanma mənzərəsində aydın fərqlilik aşkar şəkildə görünməkdədir. Neft-qaz resurslarının ən böyük həcmləri 3-4 km dərinliklərə aid olduğu halda, stratiqrafik paylanma baxımından ən böyük resurs miqdarı Eosen kompleksinin payına düşür.
Açar sözlər: Orta Kür çökəkliyi, neftqazlılıq, neft və qazın perspektiv resursları, C3 kateqoriyası
ƏDABİYYƏT
Akhundov ShKh, Khuduzade AI, Tagiyev MF, Mammadov EE (2022) Lithological and stratigraphic characterization of the Upper Cretaceous and Eocene sediments in the Middle Kura Depression, Azerbaijan. Mineral resources of Ukraine 1:17–23. https://doi.org/10.31996/mru.2022.1.17-23 (in Russian)
Akhundov ShKh, Tagiyev MF, Khuduzade AI, Aliyev AN (2021) Hydrocarbon generative properties and maturity of Cretaceous and Eocene sediments in the Middle Kura Depression, Azerbaijan. In: SPE Annual Caspian Technical Conference, Baku, Azerbaijan, Oct.5-7, 2021 (SPE-207041-MS)
Ali-zadeh AkA (ed) (2008) Geology of Azerbaijan. vol VII: Oil and gas. Nafta-Press, Baku, p 672 (in Russian)
Aliyev H-MA, Yusifov KhM, Suleymanov AM, Mustafayeva TM (2007) Geological justification of predicted hydrocarbon resources of Mesozoic deposits in onshore Azerbaijan. SOCAR, Institute of Scientific Research, Scientific Proceedings 08:3–10 (in Azerbaijani)
Feyzullayev AA (2025) Hydrocarbon systems of sedimentary basins: Theoretical foundations and scientific and practical aspects. Nafta-Press, Baku, p 448 (in Russian)
Feyzullayev AA, Huseynov DA, Lerche I (2016) Oil geochemistry of the Middle Kura Basin, Azerbaijan. Journal of Scientific and Engineering Research 3(6): 479–487
Guliyev IS, Levin LE, Fedorov DL (2003) Hydrocarbon potential of the Caspian region (systematic analysis). Nafta-Press, Baku, p 127 (in Russian)
Guliyev KG, Guliyeva BA (2012) Perspective of study on Oligocene-Miocene deposits of oil and gas fields. Azerbaijan oil industry 6:7–12 (in Russian)
Huseynov AN, Shirinov FA (1985) Petroleum geological zoning of the Azerbaijan SSR. Map scale 1:500,000 (Scientific editor: Mamedov AV) (in Russian)
Kerimov KM, Haciyev FM, Hasanov IS (1999) Hydrocarbon resources of the Kura-South Caspian megadepression. Azerbaijan oil industry 7:1–11 (in Russian)
Kerimov VYu, Guliyev IS, Huseynov DA et al (2015) Prediction of petroleum potential in regions with complex geological structure. Nedra, Moscow, p 404 (in Russian)
Khain VYe, Ali-zadeh AkA (eds) (2005) Geology of Azerbaijan, vol IV Tectonics. Nafta-Press. Baku, p 506 (in Russian)
Khuduzade A, Akhundov Sh et al (2025) Oil and gas prospects of the Middle Kura Basin. Azerbaijan geologist 28:75–87
Khuduzade AI, Akhundov ShKh, Tagiyev MF, Guliyev II (2023) Modeling of the tectonic setting and prediction of trap types in the petroleum-bearing area of the Kura-Iori Interfluve (Western Azerbaijan). In: Proceedings of the scientific-practical conference “Heydar Aliyev and the oil strategy of Azerbaijan: Achievements in petroleum geology and geotechnologies”. May 23-26, Baku, p 92–97 (in Russian)
Khuduzade AI, Tagiyev MF, Askerov IN (2020) Estimation of undiscovered hydrocarbon resources: traditional methods and up-to-date development tendencies. Azerbaijan oil industry, 1:11–18 (in Azerbaijani)
Klosterman MJ, Abrams MA, Aleskerov EA et al (1997) Hydrocarbon system of the Evlakh-Agdzhabedi Depression. Azerbaijan geologist 1:90-120
Kocharli ShS, Ismayilova GG, Feyzullayev AA (2019) Prognosis evaluation of oil-gas bearing content in Ajinohur region of Azerbaijan based on geological-geochemical data. Azerbaijan oil industry 3:4–10 (in Russian)
Mamedov AV (1977) Geological evolution and paleogeography of the Middle Kura Depression and their relationship to hydrocarbon potential. Elm, Baku, p 212 (in Russian)
Methodological guidelines for the quantitative assessment of prospective oil, gas, and condensate resources (1983) All-Russian Scientific Research Geological Oil Institute (VNIGNI), Moscow, p 215 (in Russian)
Nemčok M, Feyzullayev AA, Kadirov FA et al (2011) Neotectonics of the Caucasus and Kura valley, Azerbaijan. Global Engineers and Technologists Review 1:1–14
DOI: 10.33677/ggianas20260100168