Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2025
Məqaləni yüklə fullIssue_icon

Quyuların qazılması üçün süxurdağıdıcı alətin işinin modelləşdirilməsi

İbrahimov R.S.*, Baxşəliyeva Ş.O.


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
, Azərbaycan AZ1101 Bakı, Azadlıq prospekti, 34


*Yazışmalara məsul:
rafiq.ibrahimov@yahoo.com


DOI: 10.33677/ggianas20250200159


 

Xülasə

A-
A+

Məqalədə göstərilir ki, qazma prosessinin tədqiqinin nəticələri olaraq hidromonitor baltanın keçmələrindən çıxan axının yüksək təzyiqli şırnağının təsiri altında süxurlarda pulsasiyalı dağılma baş verir. Dağ təzyiqinə məruz qalan süxurda gərginlik yaranır və nəticədə süxurlarda yorğunluğu yaranır. Təcrübələr göstərmişdir ki, məhlulun bərk cismin xüsusiyyətlərini saxladığı relaksasiya dövrü saniyənin milyonda biri ilə ölçülür, yayılma müddəti isə yüzlərlə dəfə uzun çəkir. Üstəlik, təcrübələrdə relaksasiya dövrünü aşkar etmək çox çətindir. Daimi baltaya verilən oxboyu yükdə və alətin fırlanma sürətində, maye axınının artması ilə baltanın mexaniki sürəti artır. Məqalədə göstərilir ki, yuma mayesinin və məsaməli süxurun fiziki parametrlərinin verilmiş qiymətləri üçün quyudibinin hidromexaniki dağıdılması üçün tələb olunan reaktiv sürət empirik formulanın tətbiqi əsasında müəyyən edilə bilər. Beləliklə, məqalədə göstərilir ki süxurun məsamələrində təzyiqin kəskin dəyişməsi nəticəsində quyudibindəki maye sıxılır, hidravlik zərbə baş verir, nəticədə genişlənən məsamə divarları kövrək şəkildə dağılır. Bu proses dartılma gərginliyinin kritik qiymətinə çatdıqda baş verir. Hesablamalarda quyudibində olan yüksək təzyiqli axan mayenin məsaməli süxurlarla qarşılıqlı təsiri nəticəsində süxurda hidromexaniki dağılması baş verir və quyudibi şəraitində süxurlarda maye ilə doldurulmuş məsaməli mühitin həcm elastikliyini nəzərə almaq lazımdır. Ümumiyyətlə, süxurdağıdıcı alətlə süxur arasında qarşılıqlı təsir proseslərinin modelləşdirilməsi üzrə toplanmış təcrübənin təhlili göstərdi ki, alətin süxura təsir mexanizminin öyrənilməsi məsələləri kifayət qədər işlənməmişdir. Bununla bağlı müxtəlif ifadələrdən istifadə etməklə müqayisəli hesablamalar aparılmış, gələcək tədqiqatlarda diqqət mərkəzində saxlanılmalı olan cari problemlər müəyyən edilmişdir. Məqalədə süxurun hidromexaniki dağılması zamanı məhlulun axın sürətinin hesablanmasında süxurların elastik xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyi göstərilir.


Açar sözlər
: qazma keçidi, quyu, hidromonitor balta, dağ təzyiqi, məhlulun sıxlığı, yuyucu maye

 

ƏDABİYYƏT


Brown DF, Cuddy SJ, Garmendia Doval AB et al (2000) The prediction of permeability in oil-bearing strata using genetic algorithms. Paper presented at the Third IASTED International Conference Artificial Intelligence and Soft Computing, Banff, Alberta, Canada, 24–26 July 2000


Efendiyev G, Isayev R, Piriverdiyev I (2021) Decision-making while drilling wells based on the results of modeling the characteristics of rocks using probabilistic-statistical methods and fuzzy logic. Journal of Physics: Conference Series, 1828(1):012016. https://doi.org/1088/1742-6596/1828/1/012016


Efendiyev GM, Karazhanova MK, Piriverdiyev IA et al (2024) Assessment of the characteristics of the geological section of wells based on probabilistic-fuzzy analysis of complex geophysical and geological-technological information. SOCAR Proceedings, 3:3–8. https://doi.org/10.5510/OGP2024030098


Efendiyev GM, Mammadov PZ, Piriverdiyev IA (2019) Modeling and evaluation of rock properties based on integrated logging while drilling with the use of statistical methods and fuzzy logic. Paper presented at the 10th International Conference on Theory and Applications of Soft Computing, Computing with Words and Perceptions, ICSCCW, Prague, 27-28 August 2019, Advances in Intelligent Systems and Computing (AISC), 1095:503–511


Efendiyev GM, Mammadov PZ, Piriverdiyev IA et al (2017) Selection of the best combination of bit types and technological parameters during drilling, taking into account uncertainty. Paper presented at the 9th International Conference on Theory and Application of Soft Computing, Computing with Words and Perception, ICSCCW, Budapest, 22-23 August 2017, Procedia Computer Science, 120:67–74. http://dx.doi.org/10.1016/j.procs.2017.11.211


Fedorenko PI (2008) Geometric forecasting of qualitative characteristics of ferruginous quartzites of Kryvbas. Collection of scientific works of the AGN of Ukraine, Ukrrudprom, Mekhanobrchermet. Krivoy Rog, Ukraine, p 75–79 (in Russian)


Gavrilenko YuN, Ermakova VN (2004) Man-made consequences of coal mine closure in Ukraine. Monograph. Nord-press, Donetsk, p 631 (in Russian)


Ibrahimov RS, Bahshaliyeva Sh, Ibrahimov Z (2022) Analysis of the hydraulic characteristics of flushing fluid when gas enters wells drilled from semi-submersible. Nafta-Gaz, 06/2022 (in Polish)


Kozyrev SP, Shalnev KK (1970) Relaxation hypothesis of the mechanism of collision of a liquid and a solid body. Doc. Academy of Sciences of the USSR, 192(3):552–554 (in Russian)


Kyazimov EA, Islamov HM (2023) Development of effective compositions of drilling fluids for improving the quality of well drilling in the Caspian Basin of Kazakhstan. SOCAR Proceedings, 1:19–25. http://dx.doi.org/10.5510/OGP20230100800


Loitsyansky LG (2003) Mechanics of liquid and gas. Textbook for universities, 7th edn. Drofa, Moscow, p 840 (in Russian)


Maxwell DC (2012) Works on Kinetic Theory. Collection of Scientific Papers [Electronic resource]: electronic edition, Binom. Lab. of Knowledge, Moscow, p 406 (in Russian)


Milne-Thomson LM (1964) Theoretical hydrodynamics. Mir, Moscow, p 656 (in Russian)


Rabotnov YuN (1979) Mechanics of a deformable solid body. Science, Moscow, p 743


Sadovenko IA (1991) Synthesis of numerical models in solving problems of control of the geofiltration state of a rock mass. Gorny Zhurnal 12:19–22 (in Russian)


Sadovenko IA, Inkin AV (2015) Modeling of hydrogeothermal fields during underground combustion of coal seams. Geotechnical mechanics 120:161-171 (in Russian)


Sedov LI (1980) Continuum Mechanics. vol 2, Science, Moscow, p 568.


Simonov VV, Vyskrebtsov VG (1990) Operation of a roller bit and their improvement. Nedra, Moscow, p 224 (in Russian)


Spivak AI, Popov AN (1986) Destruction of rocks during well drilling. Nedra, Moscow, p 208 (in Russian)


Stepanova GYu (1983) Introduction to fluid dynamics. Mir, Moscow, p 760 (in Russian)


Sudakov AK (2020) Hydroaeromechanics in Drilling: Textbook. Dnipro Polytechnic National Technical University, Dnipro, Ukraine, p 204 (in Russian)


 

DOI: 10.33677/ggianas20250200159