Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2025
Məqaləni yüklə fullIssue_icon

Neft laylarına polimer və su-qaz təsirinin kompleks üsulunun effektivliyinin tədqiqi

Hadıyeva A.S.1*, Bisembayeva K.T.1, Mamalov Y.N.2, Sabirbayeva G.S.1


1
Ş.Yesenov adına Kaspi Texnologiya və Mühəndislik Universiteti, Aktau, Qazaxıstan 130003, Mangistau vilayəti, Aktau, Mikrorayon 32, Bina 1

2 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, Azərbaycan AZ1000, Bakı, F.Əmirov küçəsi, 9


*Yazışmalara məsul:
hadieva_albina@mail.ru


DOI: 10.33677/ggianas20250200155


 

Xülasə

A-
A+

Bu məqalə qeyri-bircins laylarda yüksək özlülüklü neftin çıxarılmasının effektiv texnologiyasına həsr olunmuşdur. İşdə yüksək özlülüklü tükənmiş yataqlardan neftvermə əmsalının artırılması məsələlərinə baxılır. İşdə neft layına təsir üsulunun üç variantına baxılmışdır. Bunlardan iki üsul neft praktikasında yaxşı tanınır. O üsullardan biri neftin laydan polimerlə, digəri isə neftin su-qaz qarışığı ilə sıxışdırılması üsuludur. Bu üsullarla təcrübələr aparılmış və alınan nəticələr laya kombinə edilmiş təsir üsulu ilə alınmış nəticələrlə müqayisə edilmişdir. Kombinə edilmiş üsulun mahiyyəti aşağıdakılardan ibarətdir. Müxtəlif konsentrasiyalı poliakrilamid məhlulu məsaməli mühitə vurularaq val yaradılır və onun yerdəyişməsi su-qaz qarışığının vurulması ilə həyata keçirilir (tədqiqatlarda qaz əvəzinə havadan istifadə edilmişdir). Eksperimental tədqiqatlar 0,84 m uzunluğunda və 0,025 m diametrində homogen təbəqə modelində aparılmışdır və ≤ 0,20 mm fraksiyalı kvars qum məsaməli mühit kimi götürülmüşdür. Təcrübələrdə 20o C-də 205mPa*s özlülüklü neftdən istifadə edilmişdir. Aparılan bütün təcrübələrdə birinci mərhələdə neftin distilə edilmiş su ilə sıxışdırılması həyata keçirilmişdir. Birinci mərhələdən sonra, polimer məhlulu uyğun olaraq distilə edilmiş su və su-qaz qarışığı ilə sıxışdırılmışdır. Üçüncü variantda birinci mərhələ başa çatdıqdan sonra neftin sıxışdırılması su-qaz qarışığının məsaməli mühitə vurulması ilə davam etdirilmişdir. Aparılan tədqiqatların müqayisəli təhlili göstərdi ki, ən pis nəticə yalnız polimer məhlulunun valından istifadə edildikdə əldə edilir. 0,25% konsentrasiyalı polimer məhlulu və su-qaz qarışığı əsasında kombinəli təsir texnologiyasının tətbiqinin effektivliyi və yüksək su-qaz nisbəti ilə yalnız su-qaz qarışığının tətbiqi təxminən eynidir.


Açar sözlər:
polimer, konsentrasiya, məhlul, su-qaz qarışığı, neftvermə əmsalı

 

ƏDABİYYƏT


Aleazar-Vara LA, Zamudio-Rivera LS, Buenrostro-Gonzalez E (2016) Application of multifunctional agents during enhanced oil recovery. In: Dr. Laura Romero-Zeron (ed) Chemical enhanced oil recovery (cEOR) – A Practical overview. https://doi.org/0.5772/64792


Babaev ER, Mamedova PSh, Soltanova ZG (2016) Compositions based on water-soluble polymers for use in oil displacement. Oil and Gas Chemistry (NefteGazoHimiya) 3:17–19 (in Russian)


Drozdov AN, Egorov YuA, Telkov VP (2007) Water-gas injection: investigation of oil displacement processes for various viscosity oils in the Shumovskoye field. Oil And Gas Territory (Territoriya Neftegas) 4:56–61 (in Russian)


Fyodorova AF, Portnyagin AS, Shits EYu (2012) Oil-displacing properties of polymer solutions under formation conditions at South-West Yakutia oilfields. Electronic scientific journal Oil and Gas Business (Neftegazovoe delo), Moscow 2:189–193 (in Russian)


Kukin VV, Solyakov YuV (1982) Application of water-soluble polymers for enhancing oil recovery from reservoirs. VNIIOENG, Moscow p 44 (in Russian)


Mamalov EN, Djalalov GI, Gorshkova EV et al (2022) Intensification of oil production using water-air mixture. SOCAR Proceedings, Baku 2:78–83 (in Russian) 


Manzhay VN, Polikarpov AV, Rozhdestvensky EA (2017) Application of insoluble polymers for enhancing oil recovery from reservoirs. Bulletin of Tomsk Polytechnic University, Engineering of Georesources 328(12):29–35 (in Russian)


Mullaev BT, Abitova AZh, Saenko OB (2016) Uzen field: Problems and Solutions. vol 2, LitRes, Almaty, p 513 (in Russian)


Polymers for Oil Production. https://www.ecohim.spb.ru/neftedobycha/reagenty-dobychi-nefti. Accessed 17 Sep 2025


Shevtsov IA, Kabo VYa, Rumyantseva EL et al (2001) New technologies for the application of polymer reagents in oil production. Oil Industry 7:28–30 (in Russian)


Smith FW (1970) Behavior of partially hydrolyzed polyacrylamide solutions in porous media. J Pet Technol 22(2):148-156


Sparlin DD (1976) An evaluation of polyacrylamides for reducing water production. J Pet Technol 28(08):906–914


Thomas A, Sahuk B, Abirov Zh et al (2017) Polymer flooding to increase oil recovery at light and heavy oil. Oil and Gas Territory (Territoriya Neftegas), Kazakhstan, 7-8:58–67 (in Russian)


Veliyev EF (2020) Review of modern methods for enhancing oil recovery using flow-blocking technologies. SOCAR Proceedings (Scientific Papers of NIPI NEFTEGAS) 2:50–66 (in Russian)


 

DOI: 10.33677/ggianas20250200155