Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2025
Məqaləni yüklə fullIssue_icon

Naxçıvan MR ərazisində səpinti qızıl və onların köklü mənbələrinin paylanma xüsusiyyətləri

Təhməzova T.H.

Bakı Dövlət Universiteti, Azərbaycan AZ1148, Bakı, Z. Xəlilov küç., 23: ttahmazova@yahoo.com

 

DOI: 10.33677/ggianas20250100147

Xülasə

A-
A+

Bir neçə onillikdə tədqiq olunan ərazidə qızıl daşıyan sahələrin müəyyən edilməsi məqsədilə çoxsaylı elmi-tədqiqat işləri aparılmışdır. Məqalə Naxçıvan Muxtar Respublikasının əsas çay hövzələrində səpinti qızılın yerləşməsinin məkan-genetik amilləri, onların potensial köklü qızıl mənbələri ilə qarşılıqlı genetik əlaqəsi və korrelyasiyası, səpintilərin tipomorf xüsusiyyətləri, eləcə də digər mühüm geoloji aspektlərin ətraflı təhlili və kompleks qiymətləndirilməsinə həsr olunmuşdur. Bu tədqiqat çərçivəsində Başkəndçay və Əlincəçay çay hövzələri, o cümlədən onların səpinti qızılının yayılması və konsentrasiyası baxımından əhəmiyyətli olan qolları geniş və ətraflı şəkildə təhlil edilmişdir. Yüksək səpinti qızıl potensialına malik ən perspektivli sahələr müəyyən edilmişdir. Tədqiqat zamanı qızılın tipomorf xüsusiyyətləri – qırıntı, məsaməli, izometrik, dendrit, uzunsov dendrit və digər geniş yayılmış morfoloji növlər aşkar edilmişdir. Qızıl ilkin morfologiyasını saxlayır, yuvarlanma əlamətləri isə demək olar ki, müşahidə olunmur. Qızılın kimyəvi tərkibi lokal mikrorentgen spektral analizi vasitəsilə müəyyən edilmiş və mis, civə, qurğuşun, sürmə və s. kimi element-qarışıqlar aşkar olunmuşdur. Kəmiyyət spektral analiz nəticələrinə əsasən qızılda Bi, Cu, Fe, Hg, Mn, Rb, Sb və Te elementləri müəyyən edilmişdir. Alınan məlumatlar və aparılan analitik tədqiqatların nəticələri qəti şəkildə göstərir ki, köklü qızıl mənbələrinin məkan baxımından yaxın yerləşməsi çay hövzələrində səpinti qızılın formalaşması və sonrakı konsentrasiyasında əsas və müəyyənedici amillərdən biridir. Tipomorf xüsusiyyətlər, ölçü sinifləri, monodənəlilik, az miqdarda element-qarışıqlar onların yaxınlıqdakı köklü mənbələrlə genetik əlaqəsini təsdiqləyir. Yüksək perspektivli səpinti qızıl əsasən allüvial və allüvial-prolüvial çöküntülərdə cəmlənmişdir. Alınan nəticələr tədqiqat sahəsində səpinti və köklü qızıl yataqlarının proqnozlaşdırılması və qiymətləndirilməsi işlərinin təkmilləşdirilməsi üçün istifadə oluna və analoji geoloji şəraitdə tətbiq edilə bilər.


Açar sözlər
: səpinti qızıl, çay hövzələri, köklü mənbələr, allüvial çöküntülər, vulkan-günbəz strukturları

 

ƏDABİYYƏT


Азадалиев Дж.А. Установление коренных источников россыпного золота в Нахчыванской складчатой области (на примере Башкендского месторождения, Азербайджан). Отечественная геология, Москва, No.1-2, 2012, с.12-17.


Азадалиев Дж.А., Керимов Ф.А. Некоторые вопросы изучения геолого-геоморфологических условий формирования золотоносных россыпей в бассейне реки Башкендчай (Нахчыванская Автономная Республика, Азербайджан). Доклады НАНАзербайджана, Том LXII, No. 3-4, 2006, с. 133-144.


Азадалиев Дж.А., Керимов Ф.А. Типоморфные особенности россыпного золота в аллювиальных отложениях бассейна реки Башкендчай (Нахчыванская Автономная Республика, Азербайджан). Доклады НАН Азербайджана, Том LXI, No. 6, 2005, с. 94-101.


Азадалиев Дж.А., Мусаев Ш.Д., Керимов Ф.А. Перспективы выявления коренных источников россыпного золота в пределах Нахчыванской Автономной Республики. Доклады НАН Азербайджана, Том LVIII, No. 5-6, 2002, с. 198-206.


Баба-заде В.М., Мусаев Ш.Д., Насибов Т.Н., Рамазанов В.Г. Золото Азербайджана. Азербайджан Милли Энциклопедиясы. Баку, 2003, 423 с.


Беркович К.М., Злотина Л.В., Турыкин Л.А. Русловые процессы и использование природных ресурсов реки (на примере Оки). География и природные ресурсы, No.   1, 2015, с. 98-104.


Геология Азербайджана. Том. VI – Полезные ископаемые. Россыпное золото. Нафта-Пресс. Баку, 2003, с. 321-354.


Минерально-сырьевые ресурсы Азербайджана. Издательство «Озан». Баку, 2005, 808 с.


Мусаев Ш.Д., Керимов Ф.А., Исаева Н.С. Золотоносные россыпи реки Алинджачай. Физика, математика, науки о Земле, No. 2, 2004, с.76-82.


Патык-Кара Н.Г. Россыпные месторождения России и других стран СНГ. Научный мир. Москва, 1997, 454 с.


Патык-Кара Н.Г. Минерагения россыпей: типы россыпных провинций. ИГЕМ РАН, Москва, 2008, 528 с.


Рамазанов В.Г., Каландаров Б.Г., Тахмазова Т.Г., Мансуров М.И. Прогнозная оценка золотоносности территории Азербайджанской Республики. Естественные и технические науки. Серия наук о Земле. Москва, No.  4 (42), 2009, с.194-197.


Шило Н.А. Учение о россыпях. Издательство «Академия горных наук». Москва, 2000, 632 с.


Шумилов Ю.В. К вопросу о количественной оценке процессов россыпеобразования. Проблемы
геологии россыпей: Магадан, Северо-Восточный комплексный научно-исследовательский институт, 1970, с.125-132.


Nağıyev V.N., Məmmədov I.A. Naxçıvan Muxtar Respublika­sının faydalı qazıntıları. Elm. Bakı, 2010, 240 s.


Təhməzova T.H. Əlincəçay ərazisində səpinti qızıl toplularının yerləşmə xüsusiyyətləri və perspektivləri. Bakı Universitetinin Xəbərləri, No. 1, 2017, s.123-131.


Aichler J., Malec J., Veсera J., Hanzl P., Burianek1 D., Sidorinova T., Taborsky Z., Bolorma Kh., Byambasuren D. Prospection for gold and new occurrences of gold-bearing mineralization in the eastern Mongolian Altay. Journal of Geosciences, No.  53, 2008, рр.123-138. DOI:10.3190/jgeosci.025.


Babazadeh V.M., Abdullayeva Sh.F., Novruzova S.R., Ibrahimov J.R. Gold-bearing volcanogenic fields of non-ferrous metals of the Lesser Caucasus and the Eastern Pontides and their genesis. ANAS Transactions, Earth Sciences No. 2, 2024a, pp. 17-32; DOI: https://www.doi.org/10.33677/ggianas20240200123.


Baba-zadeh V.M., Abdullayeva Sh.F., Novruzova S.R. Structural conditions for the localization of gold mineralization within the Tutkhun ore field (the central part of the Lesser Caucasus). ANAS Transactions, Earth Sciences No.1, 2024b, pp. 104-118; DOI: https://www.doi.org/10.33677/ggianas20240100112


Becker N., Batt W. Waikaia placer gold mine, Southland. Australas. Institutes Minerals Metall. Monogr., 31, 2016, pp.387-394.


Bogatyrev L.I. Typomorphic features of placer gold on Ozerninskij ore region. Freiberg Forschungsforum 60 Berg- und Hüttenmännischer Tag. TU Bergakademie Freiberg, Germany, 2009, pр. 39-42.


Carling P.A., Breakspear M.D. Placer formation in gravel-bedded rivers: a review. Ore Geology Reviews, Vol. 28, 2006, рр. 377-401.


Goldfarb Yu.I., Petrov A.N., Preis V.K., Skurida D.A. Geological prerequisites for differentiated approach to prospecting and exploration of alluvial gold placers: an example from the northeast of Russia. Russian Journal of Pacific Geology. Vol. 9, Issue 3, 2015, pp.166-177.

 

DOI: 10.33677/ggianas20250100147