Ağırlıq qüvvəsinin tam normallaşdırılmış qradientinin hesablaması alqoritmi və rəqəmsal modelləşdirilməsi
İsgəndərov E.H.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan AZ1010, Bakı, Azadlıq prosp., 34: elton_iskender@mail.ru
DOI: 10.33677/ggianas20250100146
Xülasə
Məqalə ağırlıq qüvvəsinin müşahidə olunan anomaliyaların geoloji şərhi üçün qravikəşfiyyatda həlli mühüm rol oynayan qravitasiya anomaliyasının tam normallaşdırılmış qradientinin hesablanması və rəqəmsal modelləşdirilməsi alqoritminin qurulması probleminə həsr edilmişdir. Hal-hazırda, strukturların qeyribircinsliyi ilə, eləcə də kəsilişdəki karbohidrogen yataqları ilə əlaqəli ola süxurların sıxlıq qeyribircinsliyini müəyyən etmək üçün qradiyentin və ağırlıq qüvvəsinin anomaliyalarının daha yüksək törəmələrinin hesablanması üsullarından geniş istifadə olunur. Məqalədə ADNSU-nun Geofizika kafedrasında işlənmiş tam normallaşdırılmış ağırlıq qüvvəsinin qradiyentinin hesablanması alqoritmi təsvir olunur ki, bu alqoritm tədqiq olunan kəsiliş boyunca sıxlığ qeyribircinslik sahələrini müəyyən etmək və lokallaşdırmaq üçün istifadə olunur. Bu alqoritm və müvafiq FORSE-FORTRAN proqramı aşağı yarım fəzaya analitik davam etdirərək tam normallaşdırılmış qradientin qiymətlərini hesablamağa imkan verir. Tədqiq olunan model kimi Muradxanlı yatağı seçilmişdir ki, onun kəsilişində qravitasiya sahəsində yaxşı əks olunan mezozoy vulkanogen-çökmə çöküntüləri iştirak edir. Geofizika kafedrasında hazırlanmış müasir qrafik proqramlar və tətbiqi alqoritmlərdən istifadə etməklə Muradxanlı qalxımının profili üzrə tam normallaşdırılmış qradiyentin qiymətləri hesablanmışdır. Həmçinin, SURFER proqramından istifadə etməklə, anomal geoloji obyektlərin və neft-qaz yataqlarının yerləşməsi haqqında ən dolğun və aydın mənzərəni verən tam normallaşdırılmış qradiyentinin rəqəmsal modelləşdirilməsi aparılmışdır. Təqdim olunan alqoritmlər və proqramlar tədqiqat sahəsinin kəsilişində struktur sıxlığ qeyribircinsliklərin, eləcə də neft və qaz yığılmalarının yerini lokallaşdırmaq üçün profil boyunca yüksək dəqiqlikli qravimetrik müşahidələrini emal və interpretasiya etmək üçün istifadə edilə bilər.
Açar sözlər: alqoritm, blok-sxem, ağırlıq qüvvəsinin anomaliyası, tam normallaşdırılmış qradiyent, qravitasiya modeli, rəqəmsal modelləşdirmə, yataq tipli anomaliyası
ƏDABİYYƏT
Aydin A. Interpretation of gravity anomalies with the normalized full gradient (NFG) method and an example. Pure and Applied Geophysics, Vol. 164, 2007, pp. 2329-2344.
Aydın A., Kadirov F. Using the NFG method to gravity data of the Hasankale-Horasan petroleum exploration province. ANAS Transactions, Earth Sciences, Special Issue, 2023, pp. 57-59; DOI: https://www.doi.org/10.33677/ggianasconf20230300014.
Fedi M., Florio G. Detection of potential fields source boundaries by enhanced horizontal derivative method. Geophysical Prospecting, Vol. 49, No. 1, 2001, pp. 40-58.
Isgаndаrov E.H. Digital modeling of gravity gradients for solving structural problems and direct hydrocarbons search. XII Azerbaijan International Geophysics Conference "The role of geophysical research in the exploitation of hydrocarbon resources in the Caspian region and similar geological provinces" Dedicated to the 100th Anniversary of the birth of National Leader Heydar Aliyev, April 26-28, 2023a, p. 2.
Isgandarov E.H. Digital estimation of the gravitational effect of the crystalline basement of the Yevlakh-Agjabadi Basin (Middle-Kur Depression). ANAS Transactions, Earth Sciences, No. 1, 2023b, pp. 17-24. DOI: https://www.doi.org/10.33677/ggianas20230100090
Kadirov F.A., Klokočník J.3, Eppelbaum L.V., Kostelecký J., Bezděk A. Bouguer gravıty data and satellıte gravıty transformatıon integratıon ın the Caspıan regıon: an ıntroductıon. ANAS Transactions, Earth Sciences, No. 1, 2023, pp. 11-16, DOI: https://www.doi.org/10.33677/ggianas20230100089.
Sarsar Naouali B., Inoubli M.H., Amiri A., Chaqui A., Hamdi I. Subsurface geology of the Ariana region (Diapir Zone, northern Tunisia) by means of gravity analysis. Geophys. Prospect., Vol. 59, 2011, pp. 983-997.
Березкин В.М. Метод полного нормированного градиента в геофизических исследованиях. Недра. Moscow, 1988, 188 с.
Искендеров Э.Г. Оценка гравитационного влияния нефтяных залежей на различных глубинах. Журнал «Геолог Азербайджана», Научный вестник Общества геологов-нефтяников Азербайджана, No. 10, Баку, 2005, с. 85-88.
Искендеров Э.Г. Оценка АТЗ (Аномалий типа залежи), связанных с зонами разуплотнения горных пород. Журнал «Геолог Азербайджана», Научный вестник Общества геологов-нефтяников Азербайджана, No. 15, Баку, 2011, с. 96-101.
Искендеров Э.Г. Цифровое моделирование гравитационного поля поднятия Мурадханлы. Australian Journal of Education and Science. The University of Sydney, No. 1(21), 2018, pp. 275-283.
Искендеров Э.Г., Юньлонг Ю Лиго. Трансформация гравитационных аномалий методами производных и градиентов. Danish Scientific Jornal, No. 21, 2019, pp. 13-16.
Салманов А.М., Юсифов К.М. К перспективам нефтегазоносности северо-восточного борта Евлах-Агджабединского прогиба. Журнал «Научные труды» НИПИ «Нефтегаз», No. 2, Баку, 2013, с. 6-12.
Силкин К.Ю. Геоинформационная система Golden Software Surfer 8. Учебно-методическое пособие для вузов. Издательско-полиграфический центр Воронежского государственного университета. Воронеж, 2008, 66 с.
Цимельзон И.О., Амирасланов Т.С., Искендеров Э.Г. и др. Прогноз наличия залежей углеводородов в глубокозалегающих вулканогенно-осадочных образованиях мезозоя по данным высокоточной гравиразведки. Материалы научно-технической геолого-геофизической конференции: Методы поиска и разведки залежей нефти и газа на больших глубинах, Баку, 1984, с. 57-59.
DOI: 10.33677/ggianas20250100146