Azərbaycan Respublikasının Qubadlı rayonunda radioekoloji risklərin və su keyfiy¬yətinin içməli və kənd təsərrüfatı üçün yararlılığının qiymətləndirilməsi
Hümbətov F.1,2, İbrahimov G.1, Aslanova G.1, Necati Solut H.1, Balayev V.1, Kərimova N.1, Kərimbəyli I.1
1 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Radiasiya Problemləri İnstitutu, Azərbaycan AZ 11439, Bakı, B.Vahabzadə küç.9: hfamil@mail.ru
2 Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan AZ1073, Bakı, Ayna Sultanova küç., 5
DOI: 10.33677/ggianas20250100138
Xülasə
Son 30 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Qubadlıda monitorinq və tədqiqat işləri aparılmayıb. Tədqiqatın əsas məqsədi Azərbaycanın Qubadlı rayonunda yerləşən minadan təmizlənmiş ərazilərdə radioekoloji riskin qiymətləndirilməsi və ekoloji təhlükəsizliyin öyrənilməsidir. Ərazinin 64 nöqtəsində radiasiya fonu ölçülmüş və orta radiasiya fonu 7.5µR/saat olaraq müəyyən edilmişdir ki, bu da həmin ərazilərdə radiasiya səviyyəsi haqqında geniş məlumat əldə etməyə imkan verir.
Radiasiya fonunun təhlili ilə yanaşı, ərazidəki suyun məişət istehlakı, kənd təsərrüfatı və sənaye məqsədləri, həmçinin su ehtiyatlarının idarə edilməsində kömək üçün uyğun olan hidrokimyəvi təhlil və qiymətləndirmə aparılmışdır. Müxtəlif su mənbələrindən, o cümlədən çaylardan və digər su hövzələrindən 7 su nümunəsi götürülmüşdür. Bu nümunələr məişət, heyvandarlıq və kənd təsərrüfatı üçün yararlılığını müəyyən etmək üçün analiz edilmişdir. Çay hövzələrində başverən fiziki-kimyəvi proseslər suyun keyfiyyət parametrlərindən asılıdır və bu parametrlərin davamlı monitorinqi elmi tədqiqatlar və ekoloji nəzarət üçün vacibdir.
Tədqiqatın nəticələri iki su nümunəsindəki mineral tərkibin digərlərinə nisbətən daha yüksək olduğunu, lakin ÜST standartları ilə müəyyən edilmiş həddləri keçmədiyini göstərmişdir. Bundan əlavə, üç nümunədə dəmirin (Fe) başqa bir nümunədə isə manqanın (Mn) yüksək konsentrasiyası aşkar edilmişdir. Bu nəticələr göstərir ki, həmin su mənbələri içməli su, heyvandarlıq və suvarma üçün yararsızdır, bu isə bölgədə əlavə monitorinq və təmizləmə işlərinin vacibliyini vurğulayır.
Açar sözlər: Azərbaycanın Qubadlı rayonu, radioekologiya, suyun keyfiyyətinin idarə edilməsi, natrium karbonat qalığı (NKQ), natrium udulma əmsalı (NUƏ), həll olunan natrium faizi (HNF)
ƏDABİYYƏT
Ahmadov M.M., Humbatov F.Y., Balayev V.S., Mikayilova A.J. Estimation of river waters quality in Azerbaijan. Journal of Radiation Researches, Vol. 4 (1), 2017, pp. 24-31.
Ahmadov M.M., Humbatov F.Y., Balayev V.S., Suleymanov B.A. Uranium and thorium determination in water samples taken along river Kura. Journal of Materials Science and Engineering, Vol. B6 (3-4), 2016, pp. 80-84, DOI:10.17265/ 2161-6221/2016.3-4.004.
Asadollahfardi G. and Asadollahfardi R. The usage of the polluted water for agriculture: wastewater reuse, health aspect, guidelines and standards, methods of treatment for irrigation, Lambert Academic Publishing. Germany, 2011, 72 p.
Ayers R.S. and Westcot D.W. Water quality for agriculture. FAO Irrigation and Drainage, Paper 29, Food and agriculture organization of the United Nations, Rome, Italy, 1985, pp. 1-117.
Bouwer H. and Idelovitch E. Quality requirement for irrigation with sewer water. Journal of Irrigation and Drainage Engineering, Vol. 113(4), 1987, pp. 516-535, https://doi.org/10.1061/(ASCE)0733-9437(1987)113:4(516).
Eaton F.M. Significance of carbonates in irrigation waters. Soil Science, Vol. 69 (2), 1950, pp. 123-134.
Ghosh A.B., Bajaj J. C., Hasan R., Singh D. Soil and water testing methods, A laboratory manual. Division of soil science and agricultural chemistry, IARI, New Delhi, India, International Mine Water Conference, Pretoria, South Africa, October 19-23, 1983, pp. 31-36.
Howladar M.F., Al Numanbakth Md.A. and Faruque M.O. An application of water quality index (WQI) and multivariate statistics to evaluate the water quality around Maddhapara Granite Mining Industrial Area, Dinajpur, Bangladesh. Environ. Syst. Res., Vol. 6(1), paper 13, 2017, https://doi.org/ 10.1186/s40068-017-0090-9.
Mammadzada S.Sh., Humbatov F.Y., Mustafayev I.I. Assessment of metal pollution in water and surface sediments of Goranchay River. Chemical Problems, No. 2(19), 2021, pp. 84-93, DOI: 10.32737/2221-8688-2021-2-84-93.
NAS 1983. Drinking water and health. National Academy of Science, Washington, DC. Vol. 5, 1983, pp. 147-157.
Omotoso O.A. and Ojo O J. Assessment of quality of river Niger floodplain water at Jebba, central Nigeria: implications for irrigation. Water Utility Journal, Vol. 4, 2012, pp. 13-24.
Singh A.K., Mahato M.K., Neogi B., Singh K.K. Quality assessment of mine water in the Raniganj coalfield area, India. Mine Water and the Environment, Vol. 29, 2010, pp. 248-262, DOI:10.1007/s10230-010-0108-2.
Singh A.K., Mondal G.C., Kumar S., Singh T.B., Tewary B.K., Sinha A. Major ion chemistry, weathering processes and water quality assessment in upper catchment of Damodar river basin, India. Environmental Geology, Vol. 54, 22 June 2007, pp. 745-758.
Singh A.K., Mondal G.C., Tewary B.K., Sinha A. Major ion chemistry, solute acquisition processes and quality assessment of mine water in Damodar Valley Coalfields. Abstracts of the International Mine Water conference, 19–23 October 2009, Pretoria, South Africa, 2009, pp. 267-276
Suleymanov B., Ahmedov M., Humbatov F., Ibadov N. Hazardous pollutant database for Kura-Araks water quality management. In: Transboundary water resources: A foundation for regional stability in Central Asia (Moerlins J.E. et. al., eds.). Springer. 2008, pp. 171-182, https://doi.org/10.1007/978-1-4020-6736-5_12.
Todd D.K. and Mays L.W. Groundwater hydrology. 3rd Edition, John Wiley and Sons, Inc. Hoboken, 2005, pp. 329-358.
UNSCEAR 1988, Sources, effects and risks of ionizing radiation. United Nations Scientific Committee on the Effects of Atomic Radiation 1988 Report to the General Assembly, with annexes. 1988, 647 p. Available at [access date: 07.12.2021]: https://www.unscear.org/docs/publications/ 1988/UNSCEAR_1988_Report.pdf.
UNSCEAR 1993, Sources and effects of ionizing radiation. United Nations Scientific Committee on the Effects of Atomic Radiation UNSCEAR 1993 Report to the General Assembly, with Scientific Annexes. 1993, 922 p. Available at [access date: 07.12.2021]: https://www.unscear.org/docs/ publications/1993/UNSCEAR_1993_Report.pdf .
UNSCEAR 2000a. Sources and effects of ionizing radiation. United Nations Scientific Committee on the effects of atomic radiation UNSCEAR 2000 Report to the General Assembly, with Scientific Annexes. Vol. I: Sources. 654 p. Available at [access date: 07.12.2021]: https://www.unscear.org/ docs/publications/2000/UNSCEAR_2000_Report_Vol.I.pdf.
UNSCEAR 2000b. Sources and effects of ionizing radiation. United Nations Scientific Committee on the effects of atomic radiation UNSCEAR 2000 Report to the general assembly, with scientific annexes. Vol. II: Effects. 566 p. Available at [access date: 07.12.2021]: https://www.unscear.org/docs/publications/2000/UNSCEAR_2000_Report_Vol.II.pdf.
WHO 2008 Guidelines for drinking-water quality. Third edition incorporating the first and second addenda, Vol. 1, Recommendations, Geneva, 2008.
Wilcox L.V. Classification and Use of Irrigation Waters. U.S. Department of Agriculture, Circular No. 969, Washington DC, U.S.A, 1955.
Zafar M.U. and Ahmad W. Water quality assessment and apportionment of northern Pakistan using multivariate statistical techniques – a case study. International Journal of Hydrology, Vol. 2(1), 2018, pp. 1-7, DOI: 10.15406/ijh.2018.02.00040.
Zakir H.M., Islam M.M., Arafat M.Y., Sharmin S. Hydrogeochemistry and quality assessment of waters of an open coal mine area in a developing country: A Case study from Barapukuria, Bangladesh. International Journal of geosciences research, Vol. 1, No. 1, 2013, pp. 20‐44.
DOI: 10.33677/ggianas20250100138