Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2024
Məqaləni yüklə fullIssue_icon

Naxçıvan Muxtar Respublikasında geoparkın təşkili üçün potensial imkanlar

Kəngərli T.N., İbrahimov V.B., Rəşidov T.M., Kəngərli İ.T.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, Azərbaycan AZ1143, Bakı, H.Cavid prosp., 119: tkangarli@gmail.com


DOI: 10.33677/ggianas20240200129

Xülasə

A-
A+

Azərbaycanda regional və dünya əhəmiyyətinə malik təbiət abidələri daxil olmaqla, bir çox geoloji irs obyektləri mövcuddur. 1982-ci ildə 37 nadir geoloji obyekt (NGO) Azərbaycanda ilk dəfə tərtib olunmuş qorunan təbiət abidələrinin siyahısına daxil edilmişdir. Həmin siyahının genişləndirilməsi məqsədilə 2009-2012-ci illərdə həyata keçirilmiş “Azərbaycan Respublikasında nadir geoloji  obyektlərin qorunması və davamlı  istifadəsinə  dair  Tədbirlər  Planı”nın icrası nəticəsində ölkə ərazisində yerləşən qlobal, regional, milli və yerli əhəmiyyətli 484 NGO tədqiq edilmiş və inventarlaşdırılmışdır. Müəyyən edilmiş bəzi qrup NGO-ların təbii və tarixi-mədəni irsin zənginliyi ilə səciyyələnən nisbətən kiçik coğrafi ərazilərdə yerləşdiyini nəzərə alaraq, həmin obyektlərin mühafizəsinin təşkili üçün ən perspektivli yol geoloji parkların yaradılması hesab edilə bilər. Hazırda Azərbaycanda geoparkların təşkili üçün yüksək potensialı ilə seçilən 5 ərazi mövcuddur ki, bunlardan biri də müstəsna geoloji və tarixi-mədəni irsi, habelə zəngin bioloji müxtəlifliyi ilə seçilən Naxçıvan Muxtar Respublikasıdır. 2020-2022-ci illərdə Azərbaycanlı alimlər vilayətin ən mühüm NGO-larının “İlandağ” Geoparkının hüquqi rejimi çərçivəsində inteqrasiyasının potensialını təhqiq etmiş və nəticədə 171 obyektin pasportlarını işləyib hazırlamışdır. Planlaşdırılan geoparkın ərazisi həm də Azərbaycanın və Qafqaz ekoregionunun əsas biomüxtəliflik ərazilərindən biri kimi tanınır. Mədəni-tarixi irsə gəlincə, burada 66 tarixi və 108 arxeoloji abidə, o cümlədən dünya əhəmiyyətli 2 tarixi və 28 arxeoloji abidə mövcuddur. Bütün bu amillər “İlandağ” Geoparkını Azərbaycan Respublikasında qlobal geopark yaratmaq üçün ən əlverişli yerlərdən birinə çevirir.


Açar sözlər:
geokonservasiya, nadir geoloji obyektlər, geopark, geologiya, geomorfologiya, Naxçıvan, Azərbaycan

 

ƏDABİYYƏT

 

Aliyev A.A., Huseynov D.A, Abbasov O., Rashidov T., Kangarli I. Mud volcanoes of Azerbaijan: The unique natural objects of the geoheritage. Geoheritage, Vol. 16(1), article id. 20, 2024, DOI: 10.1007/s12371-024-00931-3.  


Alizadeh A.A., Guliyev I.S., Kadirov, F.A., Eppelbaum L.V. Geomorphology. In: Geosciences of Azerbaijan. Regional Geology Reviews. Springer. Cham., 2016a, pp. 11-29, DOI:10.1007/978-3-319-27395-2_2.


Alizadeh A.A., Guliyev I.S., Kadirov F.A., Eppelbaum L.V. Mud Volcanism. In: Geosciences of Azerbaijan. Regional Geology Reviews. Springer. Cham., 2016b, pp. 215-233, DOI:10.1007/978-3-319-27395-2_7.


Alizadeh A.A., Guliyev I.S., Kadirov F.A., Eppelbaum L.V.  Tectonics. In: Geosciences of Azerbaijan. Regional Geology Reviews. Springer. Cham., 2016c, pp. 129-201, DOI:10.1007/978-3-319-27395-2_5.


Kangarli T., Babayev S. Geological heritage of Azerbaijan Republic. Nafta-Press. Baku, 2012, 78 p.


Kangarli T., Ibrahimov V., Rashidov T. et al. Feasibility study of the “Ilandagh” Geopark creation in Nakhchivan Autonomous Republic (Azerbaijan). Geoheritage, Vol. 11, pp. 1973-1980, 2019, DOI: 10.1007/s12371-019-00409-7.


Rashidov T. The diversity of mud volcanoes in the landscape of Azerbaijan. EGU General Assembly Conference Abstracts. Vienna, 2014, 1610019R, DOI: 10.13140/RG.2.2.23100.74883.


Rashidov T., Kangarli I., Ibragimov V. The quaternary mud volcanism in azerbaijan as the geological phenomenon of the Ponto-Caspian region of the alpine-himalayan folded belt. The Third Plenary Meeting and Field Trip of INQUA IFG 1709F POCAS. Tehran and Guilan Province, I.R. Iran, 2019, pp. 121-123.


Кенгерли Т.Н., Кенгерли И.Т., Рашидов Т.М., Ибрагимов В.Б. Создание геопарка «Иландаг» в Нахчыванской Автономной Республике (Азербайджан). Природа, No. 11, 2018, с. 44-51, DOI: 10.31857/S0032874X0002323-4

 

DOI: 10.33677/ggianas20240200129