Kiçik Qafqazın və Talış zonasının pikritlərinin formalaşmasında piroksenlərin petrogenetik rolu
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, Azərbaycan AZ1143, Bakı, H. Cavid pr., 119: gultekin56@rambler.ru
DOI: 10.33677/ggianas20240200122
Xülasə
Mikrozond, kimyəvi və rentgen-difraktometrik analizlərlə Kiçik Qafqazın və Talış zonasında klinopiroksenlərin tərkib dəyışkənliyi əsasında pikritlərinin əmələgəlməsinin petrogenetik xüsusiyyətləri öyrənilmişdir. Murovdağ antiklinorisinin üst yura yaşlı pikritləri rift təbiətli qırılma strukturu ilə nəzarətlənməklə bərabər, oxşar geoloji-geodinamik şəraitdə formalaşmışdır. Buna görə də, antiklinorinin tərkiblərində iştirak edən petroqrafik tip süxurlar bircinslidirlər. Bu təkamülə uğramış pikritlərin piroksenləri mineraloji cəhətdən, kristallaşma temperaturlarına və “minal” tərkiblərinə görə çox yaxındır. Xocavənd əyilməsində subqələvi pikritlərdə klinopiroksen meqakristalları titan oksidi ilə qismən kasıblaşmış xrom diopsidə uyğundur. Klinopiroksenlər Xocavənd sinklinorisinin santon yaşlı traxibazalt-traxidolerit, tefrit-teşenit komplekslərinin tərkibində fenokristal, normal prizmatik və meqakristal qismində iştirak edirlər (0,5x2,5 sm). Klinopiroksen meqakristalları tünd qara rəngli olub, boz rəngli tefrit tərkibli brekçiyaların içərisində qeyri-düzgün formada müşahidə olunur. Onun ana süxurunda təmas zonası nəzərə çarpır. Talış zonasında da pikritlər subqələvi seriyaya aid, xarakterik möhtəvi strukturlu olub, onların əsas kütlələri isə dolerit və subdolerit quruluşludur. Möhtəvilərin içərisində olivinlə yanaşı klinopiroksen fenokristalları iştirak edir. Həmin fenokristallar əksər hallarda iri uzunsov, bəzən lövhəvari kristallar əmələ gətirirlər. Əksər hallarda rəngsiz olurlar. Lakin onların içərisində müxtəlif ölçülü olivin və xromşpinel daxilolmaları müşahidə olunur. Klinopiroksenlərin kifayət qədər iri ölçülü prizmatik fenokristalları (1,5-2,3 sm) floqopitli, olivinli pikritlərin tərkiblərində iştirak edirlər. Bu fenokristallar olivinə nisbətən ksenomorfdur. Talış zonasınının pikritlərində isə klinopiroksenlərin tərkibi diopsid-salitə uyğun gəlir. Beləliklə, Kiçik Qafqaz və Talış zonasının pikritlərində pikroksenlərin tərkibinin dəyişməsi kristallaşma diferensiasiyası ilə tənzimlənir.
Açar sözlər: Kiçik Qafqaz, Talış zonası, pikrit, zonal piroksen, kristallaşma diferensiasiyası
ƏDABİYYƏT
Азибеков Ш.А., Багиров А.Э., Велиев М.М., Исмаил-Заде А.Д., Нижерадже Н.Ш., Емельянова Е.Н., Мамедов М.Н. Геология и вулканизм Талыша. Элм. Баку, 1979, 241 с.
Добрецов Н.Л., Кочкин Ю.Н., Кривенко А.П., Кутолин В.А. Породообразующие пироксены. Наука. Москва, 1971, 455 с.
Мамедов М.Н. Эволюция щелочного основного магматизма в структурах Талышского блока (юго-восточный Азербайджан). В сб.: Эволюция магматизма в главнейших структурах Земли, Наука. Москва, 1983, с.41-44.
Мамедов М.Н., Бабаева Г.Д., Садыгов Н.М. Клинопироксены трахибазальт-трахидолеритового и тефрит-тешенитового комплексов Ходжавендского прогиба. Отечественная геология, No. 6, 2012, с. 48-55.
Мамедов М.Н., Бабаева Г.Д., Керимов В.М. Клинопироксены в процессе формирования субщелочной оливин-базальтовой магмы Талышской зоны Кавказа. Уральский геологический журнал, No. 5, 2017, с. 39-53.
Рустамов М.И. Геодинамика и магматизм Каспийско-Кавказского сегмента Cредиземноморского пояса в фанерозое. Nafta-Press. Баку, 2019, 543 c.
Шихалибейли Э.Ш. Геология и полезные ископаемые Нагорного Карабаха Азербайджана. Элм. Баку, 1994, 284 с.
Kushiro I. Clinopyroxene solid solutions. Part I. The CaAl2SiO2 component. Jap. J. Geol. Geogr., Vol. 33, 1962, pp. 213-220.
Le Bas M.J., Le Mitre R.W., Streckeisen A., Zanettin B. A chemical classification of volcanic rocks based on the total alkali-silica (TAS) diagram. J. Petrol., Vol. 27, 1986, pp. 745-750, http://doi.org/10.1093/petrology/27.3.745/.
Lindsley D.H. Pyroxene thermometry. American Mineralogist, Vol. 68(5-6), 1983, pp. 477-493.
Morimoto N. Nomenclature of pyroxenes. Mineralogy and Petrology, Vol. 39, 1988, pp. 55-76, http://dx.doi.org/10.1007/BF01226262.
Rohrbach A., Schuth S., Ballhaus C., Miinker C., Matveev S., Qopoto C. Petrological constraints on the origin of arc picrites, New Georgia Group, Solomon Islands. Contrib Mineral Petrol, Vol. 149, No. 6, 2005, pp. 685-698, http://doi.org/10.1007/S00410-0675-6.
DOI: 10.33677/ggianas20240200122