Kollektorların effektiv məsaməliliyi və faza keçiriciliyi əsasında petrofiziki modelləşdirmənin işlənilməsi (Binəqədi yatağının timsalında)
Paşayev N.V.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010, Bakı, Azadlıq prosp., 34: namat.pashayev@mail.ru
DOI: 10.33677/ggianas20240100118
Xülasə
Məqalədə yüz on ildən çox müddətdə işlənmədə olan Binəqədi yatağının Məhsuldar Qatın (MQ) Qırməkialtı lay dəstəsinin (QAD) məhsuldar kollektorlarının və neftdoyumluluğunun dəyişməsinin tədqiqi nəticələri verilir.
Hazırda istismar quyularında qalıq neftdoyumluluğunun praktik cəhətdən kəmiyyətcə qiymətləndirilmə metodikası işlənilmədiyindən təyinetmədə əsasən quyuların istismar müddətində əldə edilmiş QGT materiallarından və kern məlumatlarından istifadə edilmişdir.
Kollektorların məhsuldar və sulu kimi sinifləşdirilməsində daha önəmli yanaşmalardan sayılan quyu kəsilişlərinin korrelyasiyası əsasında yatağın rasional işlənməsində son dərəcə əhəmiyyət kəsb edən QAD-ın eyniadlı məhsuldar layları seçilmişdir.
Korrelyasiya ilə seçilmiş bütün kollektorlar üçün yeni məlumatlar bazasında kollektorların cari neftdoyumluluğu ilə məsaməliliyi arasında asılılıq qurulmuşdur. Tədqiqat obyektində olan neft konturunun mövcudluğu təsdiq edilməmişdir.
Əlavə olaraq, kəsilişin litoloji xüsusiyyətlərinin məhsuldar kollektorların filtrasiya-tutma xassələrinə təsirinin qiymətləndirilməsi üçün tədqiqat horizontu üzrə qurulmuş Kkeç=f(Km) asılılığı yüksək əlaqəliliklə səciyyələnir (R=0.85).
Bu məlumatlar gələcək perspektivlikdə neftvermənin proqnozlaşdırılmasında, eləcə də yatağın işlənmə prosesinin texnoloji idarəedilməsinə təkliflərin verilməsində istifadə edilə bilər.
Kollektorların sahə üzrə paylanma məkanının öyrənilməsi üçün eləcə də məsaməliliyin, keçiriciliyin, neftdoyumluluğun dəyişmə xüsusiyyətlərini özündə ehtiva edən üçölçülü geomodel şəbəkəsi qurulmuşdur.
Nəhayət, kəsilişin litologiyasını öyrənmək məqsədi ilə stoxаstik üsuldan istifadə etməklə petrofiziki model qurulmuşdur. Modelin əhəmiyyəti karotaj aparılmayan intervallarda litologiyanın səhih təyinindən ibarətdir.
Açar sözlər: karotaj, quyu, qışqırıq, keçiricilik, elektrik müqaviməti
ƏDABİYYƏT
Абасов М.Т., Кондрушкин Ю.М., Алияров Р.Ю., Крутых Л.Г. Изучение и прогнозирование параметров сложных природных резервуаров нефти и газа Южно-Каспийской впадины. Нафта-Пресс. Баку, 2007, 217 с.
Абасов М.Т., Алияров Р.Ю., Джалалов Г.И., Рамазанов Р.А. О методе оценки изменения относительной фазовой проницаемости пород-коллекторов в процессе разработки. ВНИИОЭНГ. Москва, Геология, геофизика и разработка нефтяных и газовых месторождений, No. 4, 2010, с. 51-57.
Буряковский Л.А., Джафаров И.С., Джеваншир Р.Д. Моделирование систем нефтегазовой геологии. Недра. Москва, 1990, 295 с.
Гасанов А.Б., Меликов Х.Ф., Сеидов В.М. Оценка распределения коллекторов в пространстве по комплексу геофизических и петрофизических данных. НТВ “Каротажник”, Тверь, No. 7(172), 2008, с. 50-57.
Гутман И.С. Методы подсчета запасов и оценки ресурсов нефти и газа. Издательский дом Недра. Москва, 2017, 363 с.
Зинченко В.С. Петрофизические основы гидрогеологической и инженерно-геологической интерпретации геофизических данных. Издательство АИС. Москва, 2005, 387 с.
Коваленко К.В. Система петрофизического обеспечения моделирования залежей нефти и газа на основе эффективной пористости гранулярных коллекторов. Москва, 2015, 49 с.
Пашаев Н.В., Халилова Л.Н., Пашаева Ш.В. Геологическая оценка кирмакинской и подкирмакинской свит месторождения Бинагади по данным ГИС и петрофизики. Геофизические новости в Азербайджане, No. 1-2, Баку, 2017, с. 22-26.
Nooraiepour M., Mondol N.H., Hellevang H. Permeability and physical properties of semi-compacted fine-grained sediments – A laboratory study to constrain mudstone compaction trends. Marine and Petroleum Geology, Vol. 102, No. B12, 2019, pp. 590-603.
DOI: 10.33677/ggianas20240100118