Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2024
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanın Talış bölgəsində xroniki kiçik dozada ionlaşdırıcı şüalanmanın uzunmüddətli təsirinə məruz qalmanın əhalinin uzunömürlülüyünə mümkün müsbət təsirləri

Əliyev Ç.S.1, Kamilova N.M.2, MahmudovaF.F.1, Bağırlı R.J.1, Əliyeva Ə.R.1

 

1 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, Azərbaycan AZ1143, Bakı, H. Cavid pr., 119:  aliyev.chingiz47@gmail.com

2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan AZ1078, Bakı, Mərdanov qardaşları küç., 100

 

DOI: 10.33677/ggianas20240100115

Xülasə

A-
A+

Radiasion hormezis fenomeni radiasiyanın zəif və orta dozalarının hüceyrə, toxumaların və ümumilikdə insan orqaniz­minin həyat fəaliyyətinə stimullaşdırıcı, bərpaedici və dəstəkləyici təsir etməsidir. Aparılmış tədqiqatlar zamanı radiasiyanın kiçik dozalarının mezenximal sütun hüceyrələrində orqanizmdə gedən apoptoz prosesinin yavaşıdılmasına yönəlmiş siqnal mexanizmini aktivləşdirdiyi təsdiq edilmişdir. Beynəlxalq Radiasiyadan Müdafiə Təşkilatının məlumatlarına əsasən əhalinin təbii mənbələrdən şüalanmasının ümumi miqdarının 40-75 %-i radon və onun parçalanma məhsullarının payına düşür. Bütün bunlar nəzərə alınaraq məqalədə uzunömürlülərin daha çox məskunlaşdığı Talış regionunda aparılmış ətraflı radiometrik, tibbi-bioloji və tibbi-sosioloji tədqiqatların, həmçinin region üçün xarakterik olan yaş xüsusiyyətləri analiz edilmiş, uzunömürlülərin qan-damar sisteminin funksional vəziyyətinin qiymətləndirilməsinin nəticələri təsvir edilmişdir. Talış vilayətinin beş rayonunda radiometrik tədqiqatlar aparılmışdır: Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik. Yaşayış yerlərində radonun həcmli aktivliyi Radon Scout və Radon Scout Plus radiometrləri vasitəsilə ölçülmüşdür. Ürək fəaliyyətinin funksional vəziyyəti Yaponiyanın Denshi Fukuda şirkəti tərəfindən istehsal olunan Cardi Max Fx 8222 müasir kardioqrafı vasitəsilə qeydə alınmışdır. Aparılmış tədqiqatlar nəticəsində yaşayış yerlərində radon qazının həcmi aktivliyi və əhalinin ömür uzunömürlulüyü arasında müsbət korrelyasiya aşkar edilmişdir. Mövcud normativ sənədlərə əsasən yaşayış yerlərində radonun həcmi aktivliyi 200 Bq/m3-dən çox olmamalıdır. Tədqiqat nəticələrinə əsasən, uzunömürlülərin məskunlaşdığı kəndlərdə radonun həcmi aktivliyii 100-200 Bq/m3 arasında dəyişir və orta hesabla 150 Bq/m3 təşkil edir. Tədqiqatın nəticələrinə əsasən 90 yaşdan yuxarı əhali kateqoriyasının əsasən zəif və orta radiasiya fonlu ərazilərdə yaşadığı müəyyən edilmişdir.


Açar sözlər:
radonun həcmi aktivliyi, Talış, uzunömürlülük, radiasion hormezis, insan sağlamlığı

 

ƏDABİYYƏT


Boice J.D.Jr. The linear nonthreshold (LNT) model as used in radiation protection: An NCRP update. International Journal of Radiation Biology, Vol. 93, No. 10, pp. 1079-1092, https://Doi.org/10.1080/09553002.2017.1328750.


Cohen В. Relationship between exposure to radon and va­rious types of cancer. Health Physics, Vol. 65, No. 5, 1993, pp. 529-531.


Cui J., Yang G., Pan Z., Zhao Y., Liang X., Li W., Cai L. Hormetic response to low-dose radiation: focus on the immune system and its clinical implications. International Journal of Molecular Sciences, Vol. 18, No. 2, 2017, pp. 1-12.


Feyzullayev A.A., Aliyev Ch.S., Baghirli R.J., Mahmudova F.F. Assessment of indoor and outdoor radon concentrations in Talysh, Azerbaijan. ANAS Transactions, Earth Sciences, No 1, 2021, pp. 43-46, DOI:10.33677/ggianas20210100053.


ICRP Publication. The 2007 Recommendations of the International Commission on radiological protection. Vol. 37, No. 2-4, 2007, pp. 1-332.


Kreuzer M., Auvinen A., Cardis E., Durante M., Harm-Ringdahl M., Jourdain J.R., Madas B.G., Ottolenghi A., Pazzaglia S., Prise K.M., Quintens R, Sabatier L, Bouffler S.. Multidisciplinary European Low Dose Initiative (MELODI): Strategic research agenda for low dose radiation risk research. Radiation and Environmental Biophysics, Vol. 57, No. 1, 2018, pp. 5-15, DOI: 10.1007/s00411-017-0726-1.


National Research Council of the National Academies. Health risks from exposure to low levels of ionizing radiation: BEIR VII Phase 2, 2006, 442 p.


Seibold P., Auvinen A., Averbeck, D., Bourguignon M., Hartikainen J.M., Hoeschen C., Laurent O., Noel, G., Sabatier L., Salomaa S., Blettner M. Clinical and epidemiological observations on individual radiation sensitivity and susceptibility. International Journal of Radiation Biology, Vol. 96, No. 3, 2020, pp. 324-339.


UNSCEAR. Sources and Effects of Ionizing Radiation. UNSCEAR 2008 Report to the General Assembly with Scientific Annexes, 2010, 683 p.


UNSCEAR. Scientific Report on the Effects of Atomic Radiation. United Nations Scientific Committee on the Effects of Atomic Radiation 2010, United Nations. New York, 2011, 106 p.


Алиев Ч.С., Фейзуллаев А.А., Багирли Р.Дж., Махмудова Ф.Ф. Закономерности распределения радона в Азербайджане и контролирующие их факторы. Научно-техни­ческий журнал. Евро-Азийское геофизическое общество. Геофизика, No. 1, 2017, c. 72-77.

 

DOI: 10.33677/ggianas20240100115