Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2024
Məqaləni yüklə fullIssue_icon

Qarabağ və Şərqi Zəngəzurun tektonikası və minerageniyası (Kiçik Qafqazın cənub-şərq qurtaracağı, Azərbaycan)

Kəngərli T.N.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı şəh., H.Cavid prosp., 119: tkangarli@gmail.com

 

DOI: 10.33677/ggianas20240100111

Xülasə

A-
A+

Məqalə ərazi baxımından Kiçik Qafqaz dağ-qırışıqlıq sisteminin cənub-şərq qurtaracağı ilə bağlı Azərbaycan Respub­likası Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tektonikası və müxtəlif faydalı qazıntıların formalaşma və yayılma qanuna­uyğunluqlarına həsr edilmişdir.  Göstərilmişdir ki, region tektonik cəhətdən ikincidərəcəli struktur zonalardan (Lök-Qarabağ, Göyçə-Xəkara və Qafan) ibarət olan və şimal-şərq və cənub-şərqdə Orta Kür və Aşağı Araz qoyulma çökəkliklərinin müasir qitə molassları altına gömülən Artvin-Qarabağ qalxmasının (meqazonanın) cənub-şərq seqmentinə aiddir. Qeyd olunur ki, regionda müxtəlif növ metal (filiz) və qeyri-metal faydalı qazıntılar yayılmışdır. Onların minerageniyası və sənaye əhəmiyyətli yataqları haqqında məlumat verilmişdir. Metal faydalı qazıntıların minerageniyası Artvin-Qarabağ meqazonunun eyniadlı tektonik zonalarına uyğun gələn metallogenik zonalarda və filiz sahələrində müxtəlif növ filiz mineral xammalının əmələ gəlməsinin və yerləşdirilməsinin geoloji qanunauyğunluqlarını xarakterizə edir. Bu zona və sahələr Kiçik Qafqazın tektono-geodinamik rayonlaşdırma, geoloji inkişaf tarixi, məlum filiz yataqlarının genetik tipləri və geoloji formasiyalarının potensial filizliliyi nəzərə alınmaqla ayrılır. Qeyri-metal faydalı qazıntıların minerageniyası müxtəlif qeyri-metal xammal obyektlərinin məkan  yerləşdirilməsinin  və geoloji inkişafın müəyyən dövrlərində onların yaranmasının aşkar edilmiş  qanunauyğunluqlarını əks etdirir. Sənaye əhəmiyyətli yataqların siyahısını artırmaq potensialı çöxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürlərinın mövcudluğu ilə  müəyyən edilir.

Açar sözlər: Kiçik Qafqaz, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, tektonik rayonlaşdırma, minerageniya, metallogenik zona, filiz rayonu, metal (filiz) və qeyri-metal (qeyri-filiz) faydalı qazıntılar

 

ƏDABİYYƏT


Ismail-Zadeh A.J., Kangarli T.N. Geodynamic environment of the formation of ore complexes and metallogenic epochs of the Eastern Caucasus. In the book: The modern problems of geology and geophysics of Eastern Caucasus and the South Caspian depression. Nafta-Press. Baku, 2012, pp. 132-145.


Геология Азербайджана (гл.ред. Ак.А.Ализаде). Том VI. Полезные ископаемые. Nafta-Press. Баку, 2005, 578 с.


Геология Азербайджана. (гл.ред. Ак.А.Ализаде). Том IV. Тектоника.  Nafta-Press. Баку, 2005, 506 с.


Гасанов Т.А. Офиолиты Малого Кавказа. Недра. Москва, 1985, 240 с.


Хаин В.Е. Региональная геология. Альпийско-Гималайский пояс. Недра. Москва, 1984, 344 с.


Хаин В.Е. Тектоника континентов и океанов. Научный Мир. Москва, 2001, 606 с.


Минерально-сырьевые ресурсы Азербайджана (гл.ред. В.М.Баба-заде). Озан. Баку, 2005, 808 с.


Мустафаев Г.В. Основные черты металлогении Азербайджана. Nafta-Press. Баку, 2002, 231 с.


Шихалибейли Э.Ш. Геологическое строение и история тектонического развития восточной части Малого Кавказаs (тектоническая структура и магматизм). Изд-во АН Азербайджанской ССР. Баку, 1966, 263 с.


Шихалибейли Э.Ш. Геология и минеральные ресурсы Нагорного Карабаха Азербайджана. Элм. Баку, 1994, 284 с.


Azerbaycanın geologiyası (baş red. Ak.A.Əli-zadə). Cild I. Stratigrafiya, litologiya, tektonika.  Nafta-Press. Bakı, 2015, 532 s.

Azerbaycanın geologiyası (baş red. Ak.A.Əli-zadə). Cild III. Maqmatizm, bərk faydalı qazıntılar, hidrogeologiya, mühən­disi geologiya. Nafta-Press. Bakı, 2015, 382 s.

 

DOI: 10.33677/ggianas20240100111