Çökmə hövzələrin kəşfiyyatında termik tomoqrafiyanın tətbiqi
REA-nın Geologiya institutu, Rusiya 119017, Moskva, Pıjevskiy döngəsi, 7: mdkh1@yandex.ru
Xülasə
Karbohidrogen yataqlarında axtarış-kəşfiyyat işləri kompleksinə daxil edilməsi tövsiyə olunan termiki tomoqrafiyanın texnologiyası işlənilmişdir. Termotomoqrafik metodikanın tətbiqi əhəmiyyəti, maddənin bu və ya digər generasiya və yaxud transformasiya prosesini nəzarətləndirən, temperatur sərhədlərinin tapılmasından ibarətdir. Neft-qazlılığın proqnozlaşdırılması üçün üzvi maddənin katagenenik dəyişməsinin baş verdiyi temperatur intervalının dərinliyi qiymətləndirilir. Həmin metodika vasitəsilə hidrotermal dəyişmənin, metamorfizmin fasiya zonalarının dərinliyi, Küri izotermlərinin mövqeyi hesablanır. Dərinlik temperaturlarının ədədi qiyməti kontrast komplekslərin məhdudsuz sayına malik, istilikkeçirmənin iki ölçülü tənliyinin həlli əsasında və model sahəsi miqyasında radiogen istilik generasiyası nəzərə alınmaqla yerinə yetirilirdi. Modelləşdirmə sahənin alt sərhədində radiogen istilik generasiyasının (reduksiya olunmuş istilik axını) olmadığı şəraitdə istilik axını verilirdi. Təyin edilmişdir ki, neft və qaz yataqlarının lokallaşması “termik gümbəz”lərlə əlaqədar olan çökmə qatda temperaturun yüksəlməsi ilə müəyyən edilir. İstilik axının refraksiyası, evaporitlərin istilikkeçiriciliyinin və terrigen süxurların gümbəz zonaları arasında kontrastlığı səbəbindən, gümbəzlərin yerləşdirici süxurlarla sərhədində baş verir. Bu, çökmə hövzələrdə lateral və şaquli istiqamətlərdə istilik axınının dəyişməsinin əsas səbəbidir. Çökmə süxurlarda yüksəlmiş temperatur zonaları və neft-qaz təzahürləri arasındakı sıx korrelyasiya geotermik sahənin 2D və 3D modelləşdirmə nəticələri ilə təsdiq olunur. Qərbi Arktikada, Xəzəryanı, Pripyat və Şimalı Almaniya əyilmələrində istilik axınları ölçmələrinin nəticələri təqdim edilmişdir. Üzvi maddənin katagenetik temperatur şəraitinin yerləşmə dərinlikləri hesablanmışdır ki, o ilk yanaşmadan neft mənbəyi kompleksinin dərinliyini proqnozlaşdırmağa imkan verir. Öyrənilmiş hövzələrdə, əvvəl qeyd edilmiş neft və qaz yataqlarının dərinlik qırılmaları ilə əlaqəsi, çökmə və duz gümbəzli hövzələrin tektonik xüsusiyyətlərini və neft-qaz ehtiyatlarını nəzarətləndirən istilik sahəsini genetik amil kimi qəbul etməyə zəmin yaradır.
Açar sözlər: temperatur, istilik axını, çökmə hövzə, duz gümbəzi, modelləşdirmə
ƏDƏBİYYAT
Айзберг Р.Э., Гарецкий З.Г., Карабанов А.К. и др. Разломы земной коры на территории Белоруссии. Красико-принт. Минск, 2007, с. 294-348.
Буштар М.С., Львов М.С. География и геология нефти и газа СССР и зарубежных стран. Недра. Москва, 1979, 368 с.
Верба М.Л., Шаров Н.В. Современное состояние и основные проблемы глубинного строения Баренцева моря. В: Апатиты. Т. 1. Геол. инст., Кольский науч. центр, Российская акад. Наук, 1988, с. 1-41.
Геология Беларуси. Институт геологических наук НАН Беларуси. Минск, 2001, 815 с.
Левашкевич В.Г. Закономерности распределения геотермического поля окраин Восточно-Европейской Платформы (Баренцевоморский и Белорусско-Прибалтийский регионы). МГУ, Москва, 2005, 332 с.
Пархомов М.Д. Тепловой режим Припятского прогиба. Сейсмологические и геотермические исследования в Белоруссии. Наука и техника. Минск, 1985, с.124-130.
Суетнов В.В., Никульшина Е.А. Результаты изучения параметров нейтрального слоя в донных отложениях Южного Баренцева моря. Геотермальные исследования морского дна. Наука. Москва, 1988, с. 128-134.
Устрицкий В.И., Храмов А.Н. Геологическая история Арктики с позиций тектоники литосферных плит. В: Моря Советской Арктики. Недра. Ленинград, 1984, с. 253-265.
Хуторской М.Д. Геотермия Центрально-Азиатского складчатого пояса. РУДН. Москва, 1996, 285 с.
Bayer U., Scheck M., Rabbel W. et al. An intergrated study of the NE German Basin. Tectonophysics, Vol. 314, No. 1-3, 1999, pp. 285-307.
Clausen O.R. and Pedersen P.K. Late Triassic structural evolution of the southern margin of the Ringkobing Fyn High, Denmark. Mar. and Petrol. Geol., Vol. 16, No. 7, 1999, pp. 653-665.
Garetsky R.G., Pechernikov V.V., Aizberg R.E. and S.V. Klushin. Reflection of deep structure of the Pripyat Paleorift in thermobaric indexes of platform cover. Sov. Geol., No. 3, 1990, pp. 93-98.
Khutorskoi M.D., Podgornykh L.V., Gramberg I.S., Leonov Yu.G. Thermal tomography of the West Arctic Basin. Geotectonics, Vol. 37, No. 3, 2003, pp. 245-261.
Khutorskoi M.D., Teveleva E.A., Tsybulya L.A., Urban G.I. Heat flow in saltdome basins of Eurasia: A comparative study. Geotectonics, Vol. 44, No. 4, 2010, pp. 289-304.
Majorowicz J.A., Cermak V., Šafanda J. et al. Heat flow models across the Trans-European Suture Zone in the area of the POLONAISE-97 seismic experiment. Phys. Chem. Earth, Vol. 28, No. 9-11, 2003, pp. 375-391.
Mazur S., Scheck-Wenderoth M. Constraints on the tectonic evolution of the Central European Basin system revealed by seismic reflection profiles from Northern Germany. Netherlands J. Geosci. (Geol. Mijnb.), Vol. 84, No. 4, 2005, pp. 389-401.
Thibo H., Janik T., Omelchenko V.D. et al. Upper lithospheric seismic velocity structure across the Pripyat Trough and the Ukrainian Shield along the EUROBRIDGE’97 Profile. Tectonophysics. Vol. 371, No. 1, 2003, pp. 41-79.
Tsybulya L.A., Levashkevich V.G. Heat flow in the Pripyat Trough and caused of its heterogeneity. Journal of Geology, No. 4, 1990, pp. 20-38.
van Wees J.D., Stephenson R.A., Ziegler P.A. et al. On the origin of the Southern Permian Basin, Central Europe. Mar. and Petrol Geol., Vol. 17, 2000, pp. 43-59.
Verzhbitsky E.V. Geothermal regime, seafloor tectonics, and hydrocarbon generation temperatures in the eastern part of the Barents Sea. Geotectonics, Vol. 36, No. 1, 2002, pp. 76-85.
Volozh Yu.A., Antipov M.P., Khortov A.V., Yurov Yu.G. Structure and tectonic setting of the pre jurassic complexes of sedimentary cover in Caspian Sector of the Northern Peritethys. Proceed. of the Society of Exploration Geophysicists (SEG), Moscow, 1998.
DOI: 10.33677/ggianas20230200101