Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2023
Məqaləni yüklə fullIssue_icon

Karbohidrogen yataqlarında su hövzəsinin hidrodinamik aktivlik modeli (Cənubi Xəzər çökəkliyinin timsalında)

Salmanov A.M.1, Qaragözov E.Ş.2, Əhmədov E.H.3

1 SOCAR-ın  Neft və Qaz Layihə Institutu, Bakı, Azərbaycan AZ1012, Bakı, Zərdabi prospekti, 88A

2 SOCAR-ın «Azneft» Istehsalat Birliyi, Azərbaycan AZ1000, Bakı,Neftçilər prospekti, 73

3 SOCAR, Azərbaycan AZ1021, Bakı, Q.Əliyev prospekti, 121

Xülasə

A-
A+

Təd­qi­qat işi kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın həc­mi­nə gö­rə Azər­bay­ca­nın ən bö­yük neft­li-qaz­lı höv­zə­si­nin – Cə­nu­bi Xə­zər Çö­kək­li­yi­nin tim­sa­lın­da ye­ri­nə ye­ti­ril­miş­dir. Cə­nu­bi Xə­zər Çö­kək­li­yi dün­ya­da kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın həc­mi­nə gö­rə uni­kal höv­zə­lər­dən bi­ri he­sab edi­lir. Bu höv­zə­də iri­miq­yas­lı geo­lo­ji-geo­fi­zi­ki təd­qi­qat­lar, ax­ta­rış-kəş­fiy­yat iş­lə­ri apa­rıl­mış­dır. Ha­zır­da höv­zə­nin kar­bo­hid­ro­gen po­ten­sia­lı xa­ri­ci şir­kət­lə­ri bu­ra­da bö­yük həcm­də təd­qi­qat iş­lə­ri apar­maq üçün cəlb et­miş­dir. Bu təd­qi­qat­lar nə­ti­cə­sin­də Cə­nu­bi Xə­zər Çö­kək­li­yi­nin Azər­bay­can his­sə­sin­də 120 struk­tur aş­kar edil­miş­dir ki, bun­lar­dan da 21 struk­tu­run neft-qaz­lı­lı­ğı mü­əy­yən­ləş­di­ril­miş və 17 ya­taq iş­lən­mə­yə cəlb edil­miş­dir. Təd­qi­qa­tın əsas məq­sə­di höv­zə­nin hid­ro­di­na­mik ak­tiv­lik xü­su­siy­yət­lə­ri­nin təd­qi­qi, ya­taq­la­rın mo­del­lə­ri­nin tək­mil­ləş­di­ril­mə­si, sə­mə­rə­li iş­lən­mə sse­na­ri­lə­ri­nin tər­ti­bi, sa­hə­nin eh­ti­yat və re­surs­la­rı­nın da­ha də­qiq proq­noz­laş­dı­rıl­ma­sı və nə­ti­cə­də Cə­nu­bi Xə­zər Çö­kək­li­yi­nin su höv­zə­si­nin iş­lək ak­tiv­lik mo­de­li­nin tər­tib olun­ma­sı­dır. Höv­zə­nin hid­ro­di­na­mik ak­tiv­lik mo­de­li xü­su­si­lə, neft-qaz və qaz-kon­den­sat ya­taq­la­rı­nın mo­del­ləş­di­ril­mə­sin­də mü­hüm əhə­miy­yət kəsb edir. Ya­taq­la­rın sə­mə­rə­li iş­lən­mə pla­nı­nın tər­ti­bi üçün kar­bo­hid­ro­gen-su hü­dud­la­rı və hə­rə­kət me­xa­ni­zi­mi (Fet­ko­viç, Kar­ter Trey­si, non-ak­tiv) mo­del­ləş­di­ri­lər­kən su höv­zə­si­nin təz­yi­qi, hə­rə­kət sü­rə­ti, hə­rə­kət is­ti­qa­mət­lə­ri və s. də­qiq­ləş­di­ril­mə­li­dir ki, bu da yal­nız höv­zə­nin ak­tiv­lik mo­de­li­nin tər­ti­bi və təh­li­li nə­ti­cə­sin­də müm­kün olur. Təd­qi­qa­tın üs­tün­lü­yü on­dan iba­rət­dir ki, bu­ra­da ət­raf höv­zə­lə­rə aid olan neft və qaz ya­taq­la­rı­nın mə­lu­mat­la­rın­dan is­ti­fa­də edil­miş və höv­zə­dən çı­xa­rı­lan qaz həcm­lə­ri lay şə­rai­tin­də he­sab­lan­mış­dır. Bu ba­xım­dan qeyd olu­nan təd­qi­qat işi­nin mü­hüm nə­zə­ri-təc­rü­bi əhə­miy­yə­ti var­dır.

Açar söz­lər: su höv­zə­si, ya­taq, lay, ya­taq­la­rın mo­del­ləş­di­ril­mə­si, hid­ro­di­na­mi­ka, lay təz­yi­qi, flu­id

 

ƏDƏBİYYAT


Abasov M., Azimov E., Aliyarov R.A. et. al. Theory and practice of geological – geophysical studies and development of marine oil and gas fields: on the example of South-Caspian depression. Azerneshr. Baku, 1997, 203 p.


Ahmadov E.H. Study of water injection efficiency through modern geological-mathematical models in Guneshly field. Journal of Environmental Science and Engineering B, Vol. 2, No.  10, New York, 2013, pp. 574-577.


Ahmadov E.H., Veliyev R.V. Methods of minimization of uncer­tainties and geological risks based on Umid gas-condensate field. Georesursy, Vol. 21, No. 1, 2019, pp. 92-98.


Rahimov F.V., Ahmadov E.H., Khasayev A.G. Studying the influence of estimation parameters on oil reserves by taking into account geological risks. III International conference on geology of the Caspian Sea and adjacent reas, Baku, 2019, pp. 1-6.


Salmanov A., Karagozov E., Ahmadov E. New classification model based on complication extents of structures. SOCAR Proceedings, No. 1, 2021, pp. 14-20, http://dx.doi.org/10.5510/ OGP20210100475.


Велиева Э.Б. Моделирование нефтяных залежей Азербайджана в связи с их выработкой. Азербайджанское Нефтяное Хозяйство, No. 1, 1997, с. 13-16.


Ворошилов В.Г. Математическое моделирование в геологии. Изд. ТПУ.Томск, 2001, 124 с.


Искендеров М.М., Абузарова А.Г., Кязимов Р.Р., Самедзаде А.А. Некоторые результаты литолого-фациального анализа терригенных отложений продуктивной толщи в зоне поднятий Сангачал-Дуванны-Хара-Зира адасы. Азербайджанское Нефтяное Хозяйство, No. 9, 2017, с. 3-11.


Нариманов А.А. Регионально нефтеносный комплекс Южно-Каспийской впадины. Материалы конференции «Структура и нефтегазоносность впадин внутренних морей». Москва, 1998, с. 81-89.


Салманов А., Ахмедов Э., Рагимов Ф. Геологическая оценка пластовых параметров площади Умид-Бабек. SOCAR Proceedings, No. 3, 2019, с. 8-14, http://dx.doi.org/10.5510/ OGP20190300392.


Шыхова Л.Ф. Закономерности распределения коллекторских свойств пород Продуктивной толщи месторождений Абшеронского архипелага. Геолог Азербайджана, No. 22, 2018, с. 90-101.

 

DOI: 10.33677/ggianas20230200100