№ 2,
2006
Məqaləni yüklə
Qızılbulaq yatağının mis-kolçedan filizində qızılın paylanması
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı, B.Ağayev küç. 100(A)
Xülasə
A-
A+
Aparılan analitik və mikroskopik tədqiqatlar nətijəsində müəyyən edilmişdir ki, Qızılbulaq yatağında mis-kolçedan filizi özündə qızıl saxlayır. Müxtəlif tipli filizlərdə və filiz əmələ gətirən əsas sulfid minerallarında (monomineral fraksiyalarda) qızılın qeyri-bərabər paylanması, əsas sulfid mineralları ilə (pirit, xalkopirit) təmasda olma xüsusiyyəti və qranulometrik tərkibinin geniş diapazonda (0,001-2,0 mm) dəyişməsi onun hidrotermal filiz məhlulundan iki mərhələdə ayrılıb çökməsindən xəbər verir. İlkin mərhələdə qızıl injə dispersiya halında piritlə eyni vaxtda ayrılmışdır. Qızılın ikinci generasiyası isə filizəmələgəlmənin son mərhələsi ilə əlaqədardır.