№ 2,
2006
Məqaləni yüklə
Kiçik Qafqazın mezozoy yaşlı qranitoid intruzivlərinin hibridizm prosesinin petroloji interpretasiyası
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Mezozoyin polifazalı və qabbro-diorit-qranodiorit-plagioqranit sıralı polifasial qranitoid intruzivləri üçün ilkin maqmatik ərintinin plagioqranit-leykoqranit tərkibi (I faza) təyin edilir. Sonrakı mərhələdə yer qabığı maddəsini dərinlik kontaminasiyası və diferensiasiyası şəraitlərində fasial tiplər – qranitoidlər-kvarslı dioritlərin qranitoid intruzivləri əmələ gəlir (II faza). Sonuncular hipabissal şəraitlərdə ultraəsasi tərkibli lövhə ilə qarşılıqlı əlaqədə, qranitoid intruzivlərin nüfuzetmə prosesində gətirildiyindən intruziv fazaya uyğin gəlməyən hibrid süxurları – qabbro, qabbro-norit və noritləri yaratmışlar.
Qeoloji-qeofiziki və petroloci materiallara istinadən, konsolidələşmiş alpaqədərki bünövrə ilə mezozoyun vulkan-plutonik kompleksi arasında ultraəsasi alloxton lövhənin mövcudluğu əsaslandırılır.