Maqmanın təkamülünün və regionun tektonik quruluşunun öyrənilməsində Gədəbəy intruziv kompleksinin geokimyəvi xüsusiyyətləri (Kiçik Qafqaz, Azərbaycan ərazisi)
Abbasov K.F.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, Azərbaycan AZ1143, Bakı, H.Cavid prosp., 119: kenan.abbasov313@gmail.com
Xülasə
Kiçik Qafqazın Lök-Qarabağ struktur-formasiya zonasında yerləşən Gədəbəy intruziv kompleksi iki maqmatik fazada formalaşmışdır. Bunlar qabroid və qranitoid fazalarıdır ki, qranitoid fazasının kvars diorit tərkibli süxurları ərazidə ən geniş yayılmış süxur növüdür. Bölgədə məhdud yayılmış monsodiorit və monsonit kimi qələvi süxurlar ikinci fazanın qolu hesab olunur. Hərçənd, ilmenit-titanomaqnetit geotermometriyasının nəticələri bu qələvi süxurların bərabər və daha yüksək kristallaşma temperaturlarını göstərir. Bu fakt isə qələvi süxurların ikinci fazanın qolu deyil, intruziv kompleksin üçüncü fazası olması ehtimalını artırır. İllər boyu ətraflı petroqrafik və çöl tədqiqatlarının aparılmasına baxmayaraq, intruziv kompleksi əmələ gətirən maqmatik ərintilərin mənbəyi dərindən öyrənilməmişdir. Bu baxımdan Gədəbəy intruziv kompleksinin süxurlarının mikroelement tərkibinin tədqiq edilməsi əhəmiyyətlidir. Bundan əlavə, müəyyən minerallarda mikroelementlərin paylanması da qiymətli məlumat mənbəyi hesab edilə bilər. Gədəbəy intruziv kompleksinin süxurlarında Fe qrupu elementlərinin (Ni, Cr, V, Co), qələvi torpaq elementlərinin (Sr, Ba) və NTE-nin paylanması fraksion kristallaşması ilə tənzimlənmişdir. Belə ki, koherent elementlərin və ağır NTE konsentrasiyası daha çox təkamül etmiş süxur növlərinə doğru azalır, inkoherent elementlərin konsentrasiyası və yüngül NTE isə artır. Növbəti fakt ondan ibarətdir ki, Gədəbəy intruziv kompleksi əhəngli-qələvi maqma seriyası daxilində formalaşmış və ilkin ərinti zənginləşmiş mantiya substratının qismən əriməsi nəticəsində əmələ gəlmişdir ki, bu da mikroelementlərin nisbəti əsasında tərtib edilmiş diaqramlarla sübut edilmişdir.
Açar sözlər: Gədəbəy intruzivi, nadir torpaq elementləri, dəmir qrupu elementləri, mikroelementlər, təsnifat diaqramları, litosfer mantiyası, mantiya plümları, qismən ərimə, ilkin ərintilərin tərkibi
ƏDƏBİYYAT
Acosta-Vigil A., London D., Morgan G.B., Cesare B., Buick I., Hermann, J., Bartoli O. Primary crustal melt compositions: Insights into the controls, mechanisms and timing of generation from kinetics experiments and melt inclusions. Lithos, Vol. 286-287, 2017, pp. 454-479, https.//doi.org/10.1016/ lithos.2017,05.20
Agrawal S., Guevara M., Verma S.P. Discriminant analysis applied to establish major-element field boundaries for tectonic varieties of basic rocks. International Geology Reviews, Vol. 46, 2004, pp. 575-594, hittps://doi.org/2747/0020-6814.46.7.575.
Barrat J.A., Zanda B., Moynier F., Bollinger C., Liorzou C., Bayon G. Geochemistry of CI chondrites: Major and trace elements, and Cu and Zn isotopes. Geochimica et Cosmochimica Acta, Vol. 83, 2012, pp. 79-92.
Bédard J.H. Parameterizations of calcic clinopyroxene: Melt trace element partition coefficients. Geochemistry, Geophysics, Geosystems, Vol. 15, 2014, pp. 303-336. Doi: 10.1002/ 2013GC005112.
Béguelin, P., Bizimis M., McIntosh E.C., Cousens B., Clague D.A. Source vs processes: Unraveling the compositional heterogeneity of rejuvenated-type Hawaiian magmas. Earth and Planetary Science Letters, Vol. 514, 2019, pp. 119-129.
Belousova E.A., Kostitsyn Y.A., Griffin W.L., Begg G.C., O’Reilly S.Y., Pearson N.J. The growth of the continental crust: Constraints from zircon Hf-isotope data. Lithos, Vol. 119, 2010, pp. 457-466.
Irvine Τ.N. Rocks whose composition is determined by crystal accumulation and sorting. The evolution of the igneous rocks Fiftieth Anniversary Perspectives. Princeton University Press. New Jersey, 1979, pp. 245-306.
Mammadov M.N., Babaeva G.J., Veliyev A.A., Abbasov K.F., Sariyev F.H., Bayramov A.A. Petrological factors of formation of central Lok-Garabakh zone intrusion complexes of upper Jurassic – early Cretaceous age. ANAS Transactions, Earth Sciences. No. 2, 2021, pp. 3-15, DOI: 10.33677/ggianas20210200059.
Middlemost E.A.K. Naming materials in the magma/igneous rock system. Elsevier, Earth-Science Reviews Vol. 37, No. 3-4, 1994, pp. 215-224; https://doi.org/10.1016/0012-8252(94)90029-9
Pearce J.A., Norry M.J. Petrogenetic Implications of Ti, Zr, Y, and Nb variations in volcanic rocks. Contrib. Mineral. Petrol., Vol. 69, 1979, pp. 33-47, http://dx.doi.org/10.1007/BF00375192
Rollinson H. Using geochemical data to understand geological processes. Cambridge University Press. 2021, 346 p.
Sun W., McDonough W. Chemical and isotopic systematics of oceanic basalts: Implications for mantle composition and processes. Geological Society London Special Publications, 1989, pp. 313-345. DOI:10.1144/GSL.SP.1989.042/01.19
Imamverdiyev N.A., Vəliyev A.Ə., Həsənquliyeva M.Y. Kiçik Qafqazın gec kaynozoy kolliziya vulkanizminin petrologiya və geokimyası. Bakı, 2017, 320 s.
Аббасов К.Ф. Определение физико-химических условий образования пород Кедабекского интрузива на основе состава ильменита и титаномагнетита. Вестник Воронежского государственного университета, Серия: Геология, No. 1, 2023, c. 29-38.
Абдуллаев Р.Н. и др. Возрастное расчленение магматических образований северо-восточной части Малого Кавказа по данным K-Ar метода. Элм. Баку, 1979, 146 c.
Абдуллаев Р.Н. Мезозойский вулканизм северо-восточной части Малого Кавказа. Изд-во АН Азерб.ССР. Баку, 1963, 228 с.
Адамия Ш.А., Закариадзе Г.С., Лордкипанидзе М.Б. Эволюция древней континентальной окраины на примере альпийской истории Кавказа. Геотектоника, No. 4, 1977, с. 88-103.
Имамвердиев Н.А. Геохимия позднекайназойских вулканических комплексов Малого Кавказа. Nafta-Press. Баку, 2000, 191 с.
Керимов Г.И. Петрология и рудоносность Кедабекского рудного узла. Изд. АН Азерб. СССР. Баку, 1963, 222 с.
Мустафаев Г.В. Мезозойские гранитоиды Азербайджана и особенности их металлогении. Элм. Баку, 1977, 234 с.
Панов Д.И. Этапы геологического развития Кавказ-Иранского сегмента Средиземноморского пояса в мезозое и кайнозое. Бюллетень Московского общества испытателей природы. Отдел геологический, Изд-во Моск. ун-та. Т. 88, No. 4, 2013, с. 74-86.
Рустамов М.И. Геодинамика и магматизм Каспийско-Кавказского сегмента Средиземноморского пояса в фанерозое. Nafta-Press. Баку, 2019, 544 с.
Садыхов Э.А. Мезозойские плутонические комплексы Лок-Гарабагской зоны Малого Кавказа: Геохимическая характеристика, возраст и магматические источники. Автореф. на соиск. ученой степени к.г.-м.н. Санкт-Петербург, 2019, 22 с.
DOI: 10.33677/ggianas20230100095