Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2006
Məqaləni yüklə fullIssue_icon

Dərinlik çirkab suyu məşəlində sıxlıqlar fərqi sahəsinin proqnozu

F.Ş.Əhmədov

Sukanal” Elmi-tədqiqat və layihə İnstitutu, AZ 1012, Bakı, Moskva pr., 67

Xülasə

A-
A+
Məqalədə dərinlik çirkabburaxanlarının layihələndirilməsi məsələləri ilə əlaqədar dərinlik çirkab məşəlində dəniz suyu ilə çirkab suyunun sıxlıqları fərqinin paylanmasının riyazi modeli tərtib edilmiş və sərhəd sərfləri müəyyən olunmuşdur. Verilmiş şərtlər daxilində məsələnin həllindən məşəlin oxu boyunca dəniz suyu ilə çirkab suyunun sıxlıqları fərqinin paylanması qanunauyğunluğu tapılmış, məşəldə şaquli diffuziya əmsalının təyini üçün riyazi ifadə alınmışdır. Çirkabburaxanın konstruksiyasının parametrlərindən, dəniz suyu ilə çirkab suyunun sıxlıqlarından, sıxlıqları fərqindən, çirkab suyunun sərfindən asılı olaraq çirkab məşəlinin qalxma hündürlüyü, məşəlin başlanğıc kəsiyinin ölçüsü təyin olunmuşdur. Riyazi ifadələrə daxil olan əmsallar təcrübi tədqiqatların nəticələrinə əsasən tapılmışdır. Çirkab məşəlinin hündürlüyü çirkabburaxanın konstruksiyasından asılı olaraq idarə olunur. Bununla da məşəlin səthə çıxmadan suyun altında yayılması təmin olunur.

Alınmış nəticələr suyun üst qatlarının və sahil zonalarının çirklənmələrdən mühafizəsi üçün çirkab məşəlinin dənizin dib qatlarında yayılmasını təmin edən dərinlik çirkabburaxanlarının parametrlərinin təyin olunması üçün əhəmiyyət kəsb edir.