Deformasiya olunan neft yataqlarında termohidrodinamik proseslərin ədədi modelləşdirilməsi
Calalov G.I.1, Rəsulov M.Ə.1, Мirzəyeva D.R.2
1 Azərbaycan Elm və Təhsil Nazirliyi, Neft və Qaz İnstitutu, Azərbaycan AZ 1000, Bakı şəh., F. Əmirov küç., 9: dzhalalovgarib@rambler.ru; mresulov@gmail.com
2 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 119: dilazer@yandex.ru
Xülasə
Karbohidrogen ehtiyatlarının mövcudluğunu təmin edən çoxsaylı səbəblər, həmçinin onların əmələgəlmə və çıxarılması ilə bağlı baş verən proseslərin mürəkkəbliyi işlənilmə üsullarının rasional olaraq seçilməsi və yaradılmasında kompleks elmi yanaşmaların zəruriliyini önə çəkir. Bu tədqiqatların ən vacib istiqaməti məsaməli mühitdə çoxfazalı fluidin süzülməsi şəraitində layda təzyiq və temperatur dəyişmələrini nəzərə almaqla karbohidrogenlərin kütlə mübadiləsini və fazalararası keçid mexanizmlərinin öyrənilməsindən ibarətdir.
Fiziki və riyazi modelləşmə üzrə aparılan fundamental tədqiqatlar isə müxtəlif səciyyəli termobarik səraitə malik karbohidrogen yataqlarında qaz-maye sistemlərinin hərəkəti zamanı yaranan temperatur anomaliyalarının bütün xüsusiyyətlərinin tamlıqla işlənilmə göstəricilərinin proqnozunun təyini zamanı nəzərə alınması vacib və mühüm əhəmiyyətə malikdir. Məqalə bu qəbildən olan işlənilmə məsələsinin həllinə həsr olunduğundan mühüm aktuallıq kəsb edir.
Bu iş deformasiya olunan kollektorda neftin istismarı zamanı temperatur anomaliyalarının termodinamika sahələrinin paylanmasına təsir dərəcəsinin təyin edilməsi məsələsinə həsr edilmişdir. Ədədi həllin tapılması üçün alqoritm təklif edilmiş və proqram təminatının yaradılması yolu ilə çoxsaylı kompüter təcrübələri aparılmışdır. Mayenin xüsusi istilik tutumunun, Joul-Tomson əmsalının, quyu lüləsinin həcmi təsir əmsalının, mütləq keçiriciliyin, mayenin özlülüyünün və kollektorun deformasiya xassələrinin istismar prosesinə təsiri qiymətləndirilmişdir.
Açar sözlər: layda kütlə-temperatur mübadiləsi, deformasiya olunan kollektor, flüidin süzülməsi, sonlu fərqlər üsulu, Joule-Tomson əmsalı
ƏDƏBİYYAT
Le Veque R.J. Finite volume methods for hyperbolic problems. Cambridge University Press. Cambridge, United Kingdom, 2002, 558 p.
Richmyer R.D., Morton K.W. Difference methods for initial value problems Wiley-Interscience. New York, 1967, 405 p.
Toro E.F. Riemann solvers and numerical methods for fluid dynamics. Springer-Verlag. Berlin Heidelberg, 1999, 624 p.
Абасов М.Т., Азимов Э.H. Кулиев А.М. Гидро-термодинамические исследования скважин глубокозалегающих месторождений. Азербайджанское Государственное Издательство. Баку, 1993, 176 с.
Алишаев М.Г., Розенберг М.Д., Теслюк Е.В. Неизотермическая фильтрация при разработке нефтяных месторождений. Недра. Москва, 1985, 271 с.
Азиз Х., Сеттари Э. Математическое моделирование пластовых систем. Недра. Москва, 1982, 407 с.
Годунов С.К., Рябенький В.С. Разностные схемы. Наука. Москва, 1972, 400 с.
Джалалов Г.И., Ибрагимов Т.М., Алиев А.А., Горшкова Е.В. Моделирование и исследование фильтрационных процессов в глубокозалегающих месторождениях нефти и газа. Елм ве Техсил. Баку, 2018, 382 с.
Карачинский В.Е. Методы геотермодинамики залежей газа и нефти. Недра. Москва, 1975, 168 с.
Рамазанов А.Ш. Теоретические основы термогидродинамических методов исследования нефтяных пластов. Диссертация на соискание ученой степени доктора технических наук. Уфа, 2004, 269 с.
Рамазанов А.Ш., Паршин А.В. Температурное поле в нефте-водонасыщенном пласте с учетом разгазирования нефти. Нефтегазовое дело, No. 1, 2006, с. 1-17.
Самарский A.A. Теория разностных схем. Наука. Москва, 1977, 656 с.
Филиппов А.И., Ахметова О.В. Температурное поле в пласте и скважине. Гилем. Уфа, 2011, 336 с.
Чекалюк Э.Б. Термодинамика нефтяного пласта. Недра. Москва, 1965, 238 с.
DOI: 10.33677/ggianas20230100092