Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank

Azərbaycanda mağaraların tədqiqi və onların speleoturizm potensialı

İmrani Z.T., Zeynalova K.Z., Hidayətli G.Ə.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan AZ1143, Bakı şəh., H.Cavid prosp. 115: zaur_imrani@mail.ru

 

Xülasə

A-
A+

İb­ti­dai in­san­la­rın ma­ğa­ra­lar­dan sı­ğı­na­caq və ya­şa­yış yer­lə­ri ki­mi is­ti­fa­də­si bə­şə­riy­yə­tin ta­ri­xi haq­qın­da mə­lu­mat­la­rın ta­pıl­dı­ğı yer­lər­dən bi­ri­dir. Bu sə­bəb­dən ma­ğa­ra­la­rın coğ­ra­fi və ar­xeo­lo­ji də­yər­lə­ri hər za­man ön pla­na çı­xır. La­kin ma­ğa­ra­la­rın iq­ti­sa­di əhə­miy­yə­ti­ni, on­la­rın spe­leo­tu­rizm po­ten­sia­lı­nı da unut­maq ol­maz. Çün­ki müa­sir dün­ya­mız­da ma­ğa­ra­la­rın iq­ti­sa­di əhə­miy­yə­ti ol­duq­ca bö­yük­dür. Məhz bu ba­xım­dan, mə­qa­lə­də ma­ğa­ra­la­rın təs­ni­fa­tı ve­ril­miş, on­la­rın sta­tu­su­nun mü­əy­yən olun­ma­sı­nın va­cib­li­yi bil­di­ril­miş, Azər­bay­can­da öz ar­xeo­lo­ji, pa­le­on­to­lo­ji və stra­tiq­ra­fi­ya də­yər­lə­ri ilə se­çi­lən ma­ğa­ra­lar ba­rə­də ge­niş mə­lu­mat­lar ar­xiv, fond və el­mi-təd­qi­qat iş­lə­ri­nə əsas­lan­maq­la araş­dı­rıl­mış, on­la­rın ta­ri­xi mə­də­ni irs nü­mu­nə­si ki­mi qo­run­ma­sı və is­ti­fa­də im­kan­la­rı ba­rə­də tək­lif­lər ve­ril­miş, Azər­bay­ca­nın ma­ğa­ra­lar xə­ri­tə­si təq­dim olun­muş­dur. Bun­lar­la ya­na­şı, mə­qa­lə­də ma­ğa­ra­lar­dan ib­ti­dai in­san­la­rın sı­ğı­na­caq yer­lə­ri, əf­sa­nə və rə­va­yət­lə­rin ya­ra­dıl­ma­sı, pir, zi­ya­rət­gah və mə­bəd ki­mi də­yər­lən­di­ril­mə­si, ta­ri­xi mə­də­ni irs ki­mi qiy­mət­lən­di­ril­mə­si, id­man-sağ­lam­lıq məq­sə­di­lə is­ti­fa­də və tu­rizm cəl­be­di­ci­li­yi öy­rə­nil­miş­dir.

Ma­ğa­ra­lar­dan tu­rizm məq­sə­di­lə is­ti­fa­də spe­leo­tu­riz­min əsas və­zi­fə­lə­rin­dən bi­ri­dir. Bu­nun üçün tə­rə­fi­miz­dən Azər­bay­can hö­ku­mə­ti tə­rə­fin­dən qey­də alın­mış və qey­də alın­ma­mış ma­ğa­ra­la­rın spe­leo­tu­rizm po­ten­sia­lı araş­dı­rıl­mış və tək­lif edil­miş­dir ki, ma­ğa­ra­la­rın pas­port­laş­dı­rıl­ma­sı apa­rıl­sın, el­mi-iq­ti­sa­di təd­qi­qat­la­ra əsas­lan­maq­la re­gio­nal tu­riz­min tən­zim­lən­mə­sin­də spe­leo­tu­riz­min xid­mət­lə­rin­dən is­ti­fa­də im­kan­la­rı mü­əy­yən edil­sin. Yal­nız bu hal­da öl­kə­miz­də re­gio­nal in­ki­şa­fa və yer­li əha­li­nin so­si­al-iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri­nin yük­səl­dil­mə­si­nə tə­sir edə bi­lən spe­leo­tu­riz­mi in­ki­şaf et­dir­mək müm­kün ola­caq.

 

Açar söz­lər: tə­bi­ət abi­də­si, ma­ğa­ra, spe­leo­tu­rizm, Azıx, Tağ­lar, Dam­cı­lı, Qaz­ma

 

ƏDƏBİYYAT

 

Emeka O., Ezekaka A., Igwemadu M. Cave tourism and its implications to tourism development in Nigeria: A case study of Agu-Owuru Cave in Ezeagu. International Journal of Research in Tourism and Hospitality, Vol. 3, No. 3, 2017, pp. 16-24.


Lobo H.A., Moretti E.S. Tourism in caves and the conservation of the speleological heritage: The case of Serrada Bodoquena (Mato Grosso Do Sul State, Brazil). Acta Carsologica, No. 38/2-3, 2009, pp. 265-276.


Zeynalova K.Z., Cafarov S.Sh., İmrani Sh.V. Potential opportunities and organizational principles of treatment and health tourism in Azerbaijan. Proceedings of the XVII international scientific symposium “Karabag: a way to victory”, Göteborg, 28 august 2021, p. 374-378.


Гвоздецкий Н.А. Проблемы изучения карста и практика. Мысль. Москва, 1972, 392 с.


Джафаров А.К. Разведочные раскопки Шушинской пещеры. Итоги полевых археологических и этнографических исследований за 1972 г. в Азербайджанской ССР. Тезисы докладов. Элм. Баку, 1973, 21 c.


Дублянский В.Н. Занимательная спелеология. Урал LTD. Пермь, 2000, 252 c.


Замятнин С.Н. Разведка по каменному веку в Азербайджане осенью 1958 г. Труды института истории АН Азербайджанской ССР, Т. 8. Элм. Баку, 1958, с. 5-19.


Квартальнов В.А. Туризм и отраслевые системы. Финансы и статистика. Москва, 2005, 276 с.


Очерки по древней истории Азербайджана (под ред. А.Н.Гулиева). Академия наук Азербайджанской ССР. Баку, 1956, 168 c.


Равшанов А., Усманов М. Природные памятники – уникальные объекты туризма. Материалы международной научно-практической конференции «Обеспечение устойчивого развития в контексте географии, зеленой экономики, экологии и туризма». Актобе, 9 апреля 2021, с. 180-183.


Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры Азербайджана. Госстройиздат. Москва, 1963, 396 с.


Черных Н.Б. Технология путешествий и организация обслуживания клиентов. Советский спорт. Москва, 2002, 319 с.


Alməmmədov X.İ., Əliyev E.H., Nəcəfov Ş.N. Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi. Elmin Inkişafi Fondu. Bakı, 2017, 352 s.


Avşarova İ.N., Pirquliyeva Q.Ə. Qafqaz arxeologiyası. Bakı Universiteti nəşriyyatı. Bakı, 2010, 248 s.


Azərbaycan arxeolojiyası (M.Rəhimova, Baş red.). I cild. Şərq-Qərb. Bakı, 2008, 448 s.


Azərbaycan rəqəmlərdə (statistik məcmuə). 9 No.-li kiçik müəssisə. Bakı, 2021, 772 s.


Bağırlı S. Duzdağ fizioterapiya mərkəzi – müalicəvi turizm obyekti kimi. “Azərbaycan turizmi: bu gün və sabah” IV Respublika elmi-praktiki konfransı, Bakı, Aypara 3, 25 may 2013, s. 72-75.


Cabbarov Ə., İsayeva G. Naxçıvan Duzdağının müalicə və tanışlıq turizm imkanları. “Naxçıvan: ilkin şəhər və Duzdağ” simpoziumun materialları. Əcəmi. Naxçıvan, 2013, s. 264-266.


Əyyubov F. Azərbaycanın Karst mağaraları. AzSSR Bilik Cəmiyyəti. Elm. Bakı, 1978, 58 s.


Xəlilov H.A. Geomorfologiya və ətraf mühit (seçilmiş əsərlər). Avropa. Bakı, 2020, 488 s.


İmrani Z.T., Ağakişiyeva G.R. Qarabağda speleoturizmin inkişaf etdirilməsi imkanları. “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfrans. Elm. Bakı, 20-21 may 2021-ci il, s. 113.


İnzibati-ərazi vahidləri. Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinin Prezident kitabxanası. Bakı, 2020, 256 s.


Kəngərli T.N., Babayev Ş.Ə. Azərbaycan Respublikasının geoloji irsi. Nafta-Press. Bakı, 2013, 147 s.


Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Elm və Təhsil. Bakı, 2019, 499 s.


Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Maarif. Bakı, 1998, 400 s.


Bartın mağaraları hakkında araştırma raporu. BAKKA. Bartin, 2018, 268 s.

 

DOI: 10.33677/ggianas20230100097