Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2022
Məqaləni yüklə fullIssue_icon

Şərgi Abşeron yarımadasının ərazisində qeyri-antiklinal tələlərinin tətbiq olunan rəqəmsal geofiziki üsullarının nəticələrinə əsasən təsnifatı

Aslanov B.S., Hüseynova M.A.

 

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan AZ1012, Bakı, H.Zərdabi prosp., 88а: beyler@inbox.ru, mahtabanha@mail.ru

Xülasə

A-
A+

Mə­qa­lə­də Qa­la qı­rı­şı­ğı­nın CQ his­sə­si­nin və Tür­kan sa­hə­si­nə is­ti­qa­mət­lən­miş CŞq pe­rik­li­na­lı­nın komp­leks geo­fi­zi­ki (seys­mik, qra­vi­met­rik) və qu­yu geo­fi­zi­ki təd­qi­qat (QGT) iş­lə­ri­nin ana­li­zi nə­ti­cə­sin­də Plio­sen çö­kün­tü­lə­ri­nin li­to­fa­si­al tər­ki­bi­nin də­qiq­ləş­di­ril­mə­si, neft-qaz­lı­lı­ğı­nın proq­noz­laş­dı­rıl­ma­sı, pers­pek­tiv­li sa­hə­lə­ri­Tür­kan və Qa­la əra­zi­sin­lə qey­rin əsa­sən, qey­ri-an­tik­li­nal tip tə­lə­lər­lə əla­qə­dar olan his­sə­lə­ri, bu tip tə­lə­lə­rə ax­ta­rış və kəş­fiy­yat iş­lə­ri is­ti­qa­mət­lə­ri­nin əsas­lan­dı­rıl­ma­sı, kar­bo­hid­ro­gen­lə­rin top­lan­ma­sı üçün əl­ve­riş­li şə­ra­it və qa­lıq neft-qaz eh­tiy­yat­la­rı təh­lil edil­miş­dir.

Bu məq­səd­lə, Qa­la-Tür­kan sa­hə­si­nin MQ çö­kün­tü­lə­ri­nin QaLD-nin pet­ro­fi­zi­ki xü­su­siy­yət­lə­ri­nin təh­li­li, də­qiq­ləş­di­ril­mə­si, bu pa­ra­metr­lə­rin sa­hə üz­rə pay­lan­ma­sı­nın öy­rə­nil­mə­si, məh­sul­dar ho­ri­zont­la­rın ay­rıl­ma­sı və qiy­mət­lən­di­ril­mə­si mə­sə­lə­lə­ri­nə ba­xıl­mış­dır. ÜDN üsu­lu ilə iş­lən­miş seys­mik pro­fil­lər üz­rə apa­rı­lan təd­qi­qat­lar nə­ti­cə­sin­də pers­pek­tiv­li sa­hə­lə­rin da­ha çox qey­ri-an­tik­li­nal tə­lə­lər­lə əla­qə­dar ol­ma­sı mü­əy­yən edil­miş, tə­lə­lə­ri ayır­maq üçün di­aq­nos­tik kri­te­ri­lər iş­lə­nib ha­zır­lan­mış və pet­ro­fi­zi­ki xü­su­siy­yət­lə­rin (mə­sa­mə­lik, qum­lu­luq-gil­li­lik, ke­çi­ri­ci­lik, gil­li­lik, kar­bo­nat­lıq) də­yiş­mə­si təh­lil edil­miş və qa­lıq neft-qaz eh­tiy­yat­la­rı­nın ol­ma­sı eh­ti­mal edil­miş­dir.

Təd­qi­qat sa­hə­si üz­rə apa­rıl­mış ÜDN, SDÜ və QGT iş­lə­ri­nin nə­ti­cə­lə­ri, MQ çö­kün­tü­lə­ri­nin pet­ro­fi­zi­ki xü­su­siy­yət­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­si, ey­ni za­man­da qey­ri-an­tik­li­nal tə­lə­lə­rin öy­rə­nil­mə­si, araş­dı­rıl­ma­sı, təh­li­li, təs­ni­fa­tı və neft-qaz ya­ta­ğı­nın proq­noz­laş­dı­rıl­ma­sı iş­lə­ri ye­ri­nə ye­ti­ril­miş­dir.

Qa­la-Tür­kan sa­hə­sin­də QaLD ho­ri­zon­tu üz­rə alı­nan qu­yu mə­lu­mat­la­rı əsa­sın­da sü­xur­la­rın pet­ro­fi­zi­ki pa­ra­metr­lə­ri­nin pay­lan­ma qa­nu­na­uy­ğun­luq­la­rı­nı öy­rən­mək məq­sə­di ilə mə­sa­mə­lik, qum­lu­luq, ke­çi­ri­ci­lik, gil­li­lik və kar­bo­nat­lı­ğın proq­noz qiy­mət­lə­ri­nin sa­hə üz­rə pay­lan­ma­sı ana­liz edil­miş­dir.

Qa­la-Tür­kan sa­hə­sin­də qey­ri-an­tik­li­nal tə­lə­lə­ri mü­əy­yən­ləş­dir­mək üçün seys­mik pro­fil­lər üz­rə pet­ro­fi­zi­ki pa­ra­metr­lə­rin təh­li­li apa­rıl­mış və bu pa­ra­metr­lə­rin qiy­mət­lə­ri­nin ŞmQ-dən struk­tu­run pe­rik­li­na­lı­na doğ­ru art­ma­sı (li­to­lo­ji paz­laş­ma və tek­to­nik ek­ran­laş­mış his­sə­lər­də) mə­lum ol­muş­dur. Mü­şa­hi­də olu­nan pet­ro­fi­zi­ki pa­ra­metr­lə­rin kəs­kin də­yiş­mə­si tə­lə da­xi­lin­də sü­xur­la­rın kol­lek­tor­lar­dan iba­rət ol­du­ğu­nu gös­tə­rir.


Açar söz­lər
: tek­to­nik ek­ran, qey­ri-an­tik­li­nal, tə­lə­lər, seys­mik­lik, pet­ro­fi­zi­ka

 

ƏDƏBİYYAT

 

Гусейнова М.А. Неантиклинальные типы ловушек и их характер распределения на месторождении Сулу-Тепе. Азербайджанское Нефтяное Хозяйство, No. 2-3, 2016, с. 59-66.


Искендеров М. Отчет No.087-2007 “Прогноз литофациального состава, коллекторских свойств и перспектив нефтегазоносности отложений нижнего отдела Продуктивной толщи на основе комплексного анализа геолого-геофизических данных (ГИС, керна и сейсмики) на месторождениях восточной части Абшеронского полуострова”. Геологический фонд Института “НИПИНефтегаз”, 1538, Баку, 2014, с.27-30, 36-42, 204-215.


Ганбаров Я.Х., Ибрагимли М.С. Классификация неантиклинальных типов ловушек обнаруженных в впадинах Евлах-Агджабеди. Азербайджанское Нефтяное Хозяйство, No. 8, 2007, с. 1-4.


Новрузов А.Г. Отчет 081-2007 “Изучение литофациального состава неантиклинальных ловушек в плиоценовых отложениях юго-западной периклинальной части Калинской складки комплексными геофизическими методами и прогноз нефтегазоносности”. Геологический фонд Института “НИПИНефтегаз”. 1439, Баку, 2007, с. 47-59, 78-108.


Керимов Б.Д., Гусейнов Г.М., Гаджизаде З.А., Везирова Р.А. Поиски нефти и газа и нефтепромысловая геология. Маариф. Баку, 1991, с. 146-181.

 

DOI: 10.33677/ggianas20220200085