Evlax-Agcabədi qırışiğının geoelektrik qeyri-bircinsliliyinin təhlili
Seyidov V.M., Əlibəyova Y.T.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan AZ1010, Bakı şəhəri, Azadlıq prospekti, 20: 1961sv@mail.ru, yeganaalibekova@gmail.com
Xülasə
Azərbaycanda elektrik kəşfiyyatı dağətəyi və depressiya sahələrində relyefin öyrənilməsi məqsədilə aparılmışdır. Bu sahələrin öyrənilməsi üçün maqnitotellurik zondlama (MTZ) və profilləmə (MTP) üsulları tətbiq edilmişdir. Geofiziki profildə istifadə edilən komplekslərdən alınan məlumatlara görə, mühitin elektrik keçiriciliyinin dəqiqləşdirilməsi həyata keçirilmişdir.
Dərin və struktur-axtarış quyularının məlumatları əsasında sahənin geoloji quruluşunda Mezo-Kaynazoy əmələgəlməsində çökmə, vulkanogen-çökmə və vulkanogen süxurlar tədqiq edilir ki, buda kəsilişin xüsusi litolo-stratiqrafik vahidlərə ayrmağa imkan verir: 1-ci elektrik qat, yüksək xüsusi elektrik müqavimətlidir 10-20 Om·m, stratiqrafik cəhətdən Üst Pliosenin alt çöküntülərinə uyğundur; 2-ci elektrik qat, keçiricidir və xüsusi elektrik müqaviməti 1.5-3 Om·m olub, böyük stratiqrafik intervaldır və Üst Pliosenin aşağı hissəsindən Orta Eosendə daxil olmaqla əhatə edir; 3-cü elektrik qat, yüksək xüsusi elektrik müqavimətlidir – 15-60 Om·m, Orta Pliosendən başlayaraq Üst Təbaşirin karbonatlı və vulkanogen-çökmə süxurlarını əhatə edir; 4-cü elektrik qat, aralıqdır, bura yüksək omlu istinad elektrik horizontundan təşkil olunmuşdur, xüsusi elektrik müqaviməti 40-100 Om·m-dir, stratiqrafik tərkibcə Üst Təbaşirin vulkanogen çöküntülərindən ibarətdir; 5-ci elektrik horizont, yüksək müqavimətlidir yer qatının üst konsilidasiya hissəsinə aiddir. Elektrik kəşfiyyatının məlumatlarının emalı zamanı süxurların anizotropiya xüsusiyyətinə aid olan üsuldan istifadə edilir.
Elektrik kəşfiyyatının məlumatlarının interpretasiyasının nəticələri göstərir ki, Mezazoya layihələndirilmiş dərin kəşfiyyat quyularında, bu istiqamətin MTZ üsulunun nəticələri nəzərə alınmalıdır; belə ki, üsul dərində yatan horizontların ayrılmasına imkan yaradır. Aparılan tədqiqatı ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, geoelektrik kəsilişin ayrılması üsulu mühitin elektrik keçiriciliyinin tezlik diapazonunda profil üzrə dəqiqləşdirilməsinə şərait yaradır.
Açar sözlər: horizont, geoelektrik qeyri-bircinslilik, maqnitotellurik profilləmə, maqnitotellurik zondlama, qrışıq, kəsiliş, quyu
ƏDƏBİYYAT
Буракович T.K., Кушнир A.M., Ильюшенко В.A. Геоэлектрические исследования нефтегазоносного района южного склона центральной части Днепровско-Донецкой впадины. Геофизический журнал, Т. 40, No. 5, 2018, c.172-190.
Егоров А.С., Мовчан И.Б. Комплексирование геофизических методов: Учебное пособие. Санкт-Петербургский горный университет. СПб, 2020, 116 с.
Кочарли Ш.С. Проблемные вопросы нефтегазовой геологии Азербайджана. Ганун. Баку, 2015, 278 с.
Назаров А.Ю., Гаджиев А.Н. Об особенностях седиментации осадочных образований в Южно-Каспийской Впадине. Geophysics news in Azerbaijan, No. 1-2, 2013, с. 11-15.
Сапожников В.М. Предпосылки успешного применения простых методов электрометрии при поисках глубокозалегающих колчеданных месторождений. Изв.УГГУ, Вып. 3(55), 2019, с. 63-70.
Сеидов В.М., Халилова Л.Н. Структурные особенности и нефтегазоносность Нижнекуринской впадины. Известия УГГУ, Вып. 3(51), 2018, c. 40-46.
Abu El-Ata A.S., Yousif M.S., Youssef M.A.S., Elkotb A.S. Geoelectrical analysis for evaluating the aquifer hydraulic characteristics of Darb El Arbein area, South Western Desert, Egypt. Egypt. J. of Applied Geophysics, Vol. 15(2), 2016, pp. 91-106.
Alizadeh A.A., Guliyev I.S., Kadirov F.A., Eppelbaum L.V. Geosciences in Azerbaijan. Vol. 1 – Geology. Springer. Heidelberg, N.Y., 2016, 239 p.
Cordell D., Unsworth M.J., Lee B., Hanneson C., Milling D.K., Mann I.R. Estimating the geoelectric field and electric power transmission line voltage during a geomagnetic storm in Alberta, Canada using measured magnetotelluric impedance data: the influence of three‐dimensional electrical structures in the lithosphere. Space Weather, Vol. 19, No. 10, October 2021, DOI: 10.1029/2021SW002803.
Duan J., Kyi D. Australian lithospheric architecture magnetotelluric project (AusLAMP): Victoria data release report (Technical Report). Canberra, ACT: Geoscience Australia. 2018, pid.geoscience.gov.au/dataset/ga/120864.
Marshall R., Dziura L., Wang L., Youn J., Terkildsen M. Estimating extreme geoelectric field values for the Australian Region. Space Weather, Vol. 18, No. 11, November 2020, DOI: 10.1029/2020SW002512.
Ribeiro J., Pinheiro F.J.G., Pais. M.A. First estimations of geomagnetically induced currents in the south of Portugal. Space Weather, Vol. 19, No. 1, January 2021, DOI:10:1029/2020SW002546.
Seladji S., Cosenza P., Tabbagh A., Ranger J., Richard G. The effect of compaction on soil electrical resistivity: a laboratory investigation. Soil Science, Vol. 61, No. 6, 2010, pp. 1043-1055.
DOI: 10.33677/ggianas20220200084