Azərbaycanda Maykop çöküntülərinin katagenetik yetkinlik modellərinin müqayisəli təhlili
Əsgərov İ.N.
SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı, Azərbaycan AZ1122, Bakı, Azərbaycan, H.Zərdabi prosp., 88а
Xülasə
Təqdim edilən məqalədə hövzə modellənməsi üsulları və proqram vasitələrinin tətbiqi əsasında tədqiqat sahələrinin gömülmə tarixi, çöküntülərin litoloji tərkibi, onlarda üzvi maddənin geokimyəvi xüsusiyyətləri və geotermik şərait simulyasiya edilmişdir. Kəsilişdə əsas neft-ana süxurları hesab olunan Maykopun karbohidrogen generatoru kimi əhəmiyyətini nəzərə alaraq, bu intervalın katagenetik yetkinlik modelləri qurulmuşdur. Neftli-qazlı rayonlarda hövzə modelləri qurarkən paleotemperatur şəraiti ən az məlum faktorlardan biri olsa da, bu haqda məlumatların təhlili vacib hesab olunur. Hövzədə çöküntütoplanma başladığı dövrdən indiyədək temperatur sahəsinin dəyişilməsinin modellənməsi məqsədilə temperatur qradiyentinin tədricən azalma prinsipi tətbiq edilmişdir. Bu üsulla hesablanmış temperatur qiymətləri və müasir quyu temperatur ölçmələri arasında yaxşı approksimasiya əldə etmək mümkün olmuşdur. Məlum olduğu kimi, süxurların məruz qaldığı maksimal paleotemperatur vitrinitin əksetdirmə qabiliyyətində öz əksini tapır. Temperatur sahəsinin təkamül modelinin etibarlılığı vitrinitin əksetdirmə qabiliyyətinin hesablanmış və onun süxur nümunələrində cihazla ölçülmüş qiymətləri arasında uyğunluq qrafiki şəklində göstərilmişdir. Qurulmuş katagenetik yetkinlik modelləri Aşağı Kür, Yevlax-Ağcabədi və Cəlilabad ön çökəkliklərinin dərinə gömülmüş hissələrində Maykop çöküntülərinin geoloji təkamülündən asılı olaraq neft pəncərəsinin müxtəlif səviyyələrdə yerləşdiyini göstərir. Baxılan sahələr arasında Maykopun ən yüksək katagenetik çevrilmə dərəcəsi Aşağı Kür çökəkliyinin deposentral hissəsində qeyd edilir. Burada Oliqosen-Alt Miosen intervalının ən dərin layları neft pəncərəsinin zirvə həddini keçmiş və KH əmələgətirmə potensialını tam realizə etmişdir. Digər ərazilərdə üzvi maddənin katagenetik çevrilmə dərəcəsi Aşağı Kür kəsilişi ilə müqayisədə nisbətən aşağı rəqəmlərlə səciyyələnir.
Açar sözlər: Maikop lay dəstəsi, üzvi maddə, vitrinitin əksetdirmə qabiliyyəti, temperatur, katagenetik yetkinliyin modellənməsi
ƏDƏBİYYAT
Abrams M.A., Narimanov A.A. Geochemical evolution of hydrocarbons and their potential sources in the western south Caspian depression, Republic of Azerbaijan. Marine and petroleum geology, Vol. 14, No. 4, 1997, pp. 451-468.
Алиев Ад.А., Байрамов А.А. Новые воззрения на нефтегазоносность палеоген-миоценовых отложений Предталышского прогиба. Азербайджанское нефтяное хозяйство, No. 10, 2011, с.12-16.
Али-Заде А.А., Ахмедов Г.А., Алиев Г.-М.А. и др. Оценка нефтепроизводящих свойств мезокайнозойских отложений Азербайджана. Элм. Баку, 1975, 140 с.
Геология Азербайджана (под ред. Ализаде Ак.A.). Том VII. Нефть и газ. Nafta-Press. Баку, 2008, 672 с.
Геотермическая карта Кавказа (М. 1:1000000). Мингео СССР, НПО «Нефтегеофизика», ЮжВНИИГеофизика. Издана на фабрике №11 ПО «Азербайджанаэрогеодезия» ГУГК СССР, (глав. ред. Мехтиев Ш.Ф.). 1989.
Гусейнов Б.Б., Ибадов Ф.И., Салманов А.М., Алиева Э.Г-M., Магеррамов Б.И., Тагиев М.Ф. Палеотектоническое обоснование потенциала не традиционных углеводородов в отложениях майкопского комплекса Евлах-Агджабединского прогиба. Научные труды ГНКАР, НИПИ «Нефтегаз», No. 3, 2015, с. 9-18.
Жабрев Д.В., Мехтиев Ш.Ф. К битуминологии третичного комплекса юго-востока Азербайджана. Изд-во АН СССР. Москва, 1959, 112 с.
Inan S., Namik Yalçın M., Guliyev I.S., Kuliev K., Feyzullayev A.A. Deep petroleum occurrences in the Lower Kura depression, South Caspian Basin, Azerbaijan: an organic geochemical and basin modeling study. Marine and petroleum geology, Vol. 14, No. 7-8, 1997, pp. 731-762.
Карта месторождений нефти и газа и перспективных структур Азербайджанской ССР. (М. 1:500000) Миннефтепром СССР, ПО “Азнефть”, (науч. ред. Мехтиев Ш.Ф. и Багир-заде Ф.М.), 1984.
Katz K., Richards D., Long D., Lawrence W. A new look at the components of the petroleum system of the South Caspian Basin. Journal of Petroleum Science and Engineering, Vol. 28, No. 4, 2000, pp. 161-182.
Klosterman M.J., Abrams M.A., Aleskerov E.A. et al. Hydrocarbon system of the Evlakh-Agdzhabedi depression, Azerbaijan geologist, No. 1, 1997, pp. 90-120.
Корчагина Ю.И., Гулиев И.С., Зейналова К.С. Нефтегазоматеринский потенциал глубокопогруженных мезозойско-кайнозойских отложений Южно-Каспийской впадины. В сб. науч. тр. «Проблемы нефтегазоносности Кавказа». Наука. Москва, 1988, с. 35-41.
Miles J.A. Illustrated glossary of petroleum geochemistry. Oxford University press. USA, New York, 1989, 138 p.
Feyzullayev A.A., Abbasova S.V., Tagiyev M.F. Hydrocarbon potential of Oligocene-Miocene sediments of the SE Greater Caucasus and Talysh: a comparative analysis. Conference proceedings, EAGE the Caspian and Black Sea conference, Baku, Azerbaijan, (paper No.A06), 2008, 6-8 October, DOI: https://doi.org/10.3997/2214-4609.20146085.
Feyzullayev A.A., Tagiyev M.F., Lerche I. On the origin of hydrocarbons in the main Lower Pliocene reservoirs of the South Caspian Basin, Azerbaijan. Energy, exploration & exploitation, Vol. 33, No. 1, 2015, pp. 1-14.
DOI: 10.33677/ggianas20220200083