Azərbaycanda radon qazının insan orqanizminə təsiri və onun neqativ təsirinin azaldılması imkanları
Əliyev Ç.S., Mahmudova F.F.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Geologiya və Geofizika İnstitutu AZ1143, Baku, H.Javid prosp., 119: aliyev_chingiz47@gmail.com
Xülasə
Beynəlxalq Radiasiyadan Mühafizə Komitəsinin məlumatlarına əsasən təbii mənbələrdən alınan ümumi radiasiya dozasının 40-75%-i radon və onun parçalanma məhsullarının payına düşür. 1987-ci ildə radon və onun parçalanma məhsulları Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin mütəxəssisləri tərəfindən insanlar üçün mütləq kanserogen olan elementlər qrupuna daxil edilmişdir. Hal-hazırda əhalinin təbii radioaktiv qaz olan radonun təsirindən qorunması bu qazın mənbələrinin müəyyən edilməsi və yaşayış məntəqələrində miqdarının müəyyən edilməsi üçün bir sıra tədqiqat işlərinin aparılmasını zəruri edən mühüm problemdir. Məqalədə əhalinin ağciyərlərin bədxassəli törəmələrinin rastlaşma nisbəti və radonun paylanması arasındakı əlaqənin təhlilinin xarakterik nəticələri təqdim olunmuşdur. Yerinə yetirilmiş tədqiqatlar əsasında Azərbaycan ərazisi radon təhlükəsi (daxili məkanlarda radonun həcmi aktivliyi) dərəcəsinə görə 4 zonaya bölünmüşdür: təhlükəli (200-400 Bk/m3), orta təhlükəli (100-200 Bk/m3), şərti olaraq təhlükəsiz (50-100 Bk/m3) və təhlükəsiz (˂50 Bk/m3). Müəyyən edilmişdir ki, radonun həcmi aktivliyinin yüksək göstəriciləri xarakterik olan Böyük və Kiçik Qafqaz və Talışın dağlıq-qırışıqlıq zona hüdudlarında ağciyərin bədxassəlli törəmələri ilə xəstələnmə xüsusilə yüksəkdir. Tənəffüs orqanlarının bədxassəli xəstəliklərinin ən yüksək göstəriciləri radon şüalanmasının təhlükəli və orta təhlükəli zonalarında qeydə alınmışdır. Ağciyərlərin bədxassəli törəmələrinin inkişafı ilə əhalinin radon-təhlükəli zonalarda yerləşməsi arasındakı əlaqəni təhlil etmək üçün nisbi risk göstəriciləri müəyyən edilmişdir. Nisbi risk göstəriciləri radon-təhlükəli ərazilərdə yaşayanlarda ağciyərlərin bədxassəli törəmələrinin inkişaf ehtimalını neçə dəfə artırdığını təxmin etməyə imkan verir. Alınmış nisbi risk göstəriciləri insasnlarda ağciyərlərin bədxassəli törəmələrinin inkişafı ilə Azərbaycanın radon-təhlükəli zonaları şəraitində yaşamaq arasında birbaşa əlaqənin olduğunu göstərir.
Açar sözlər: tibbi geologiya, radon şüalanması, ağciyərlərin bədxassəli törəmələri, nisbi risk, radon təhlükəli zonalar, yaşayış yerlərində radon
ƏDƏBİYYAT
Aliyev Ch.S., Feyzullayev A.A., Valsangiacomo C., Baghirli R.J., Hoffmann M., Mahmudova F.F. The Prospects of solving of the radon problem in Azerbaijan In: Proceedings of 12th International Workshop on the Geological Aspects of radon Risk Mapping. Czech geological survey. Prague, 2014, рр. 7-10.
Aliyev Ch.S., Feyzullayev A.A., Baghırlı R.J., Mahmudova F.F. Results of measurements of radon volume activity in Azerbaijan. Izvestiya, Atmospheric and Oceanic Physics, Vol. 54, No. 7, 2018, pp. 654-660.
Dupont W.D., Plummer W.D. Understanding the relationship between relative and absolute risk. Cancer, Vol. 77, No. 11, 1996, pp. 2193-2199.
Hoffmann M., Aliyev Ch.S., Feyzullayev A.A., Baghirli R.J., Veliyeva F.F., Pampuri L., Valsangiacomo C., Tollefsen T., Cinelli G. First map residential indoor radon measurements in Azerbaijan. Radiation Protection Dosimetry, 2016, рр. 1-8.
Mahmudova F.F. Estimation of health risk of radon in Azerbaijan. Geography and Natural Resources, No. 3 (15), 2021, pp. 99-101.
Алиев Ч.С., Фейзуллаев А.А., Багирли Р.Дж., Махмудова Ф.Ф. Закономерности распределения радона на территории Азербайджана и контролирующие ее факторы. Геофизика, No. 1, 2017, c. 72-73.
Тихонов М.Н. Радон: источники, дозы и нерешенные вопросы. Атомная стратегия, No. 23, 2006, c. 14-18.
DOI: 10.33677/ggianas20220200082