Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2022
Məqaləni yüklə fullIssue_icon

Palçıq vulkanizminin Cənubi Xəzər çökəkliyindəki neft-qaz yataqları ilə əlaqəsi

Yusubov N.P.


AMEA Neft və Qaz İnstitutu AZ1000, Azərbaycan, Bakı şəhəri, F.Əmirov küçəsi, 9

 

Xülasə

A-
A+
Cənubi Xəzər çökəkliyi (CXÇ) dünyada palçıq vulkanizminin inkişaf etdiyi iri miqyaslı hövzələrdən biridir. Oliqosen-alt Miosendə, əsasən Maykop dövründə, burada böyük qalınlıqla təmsil olunan gillərdən ibarət çöküntülər toplanmışdır. Miosen-dördüncü dövr ərzində maye-gil qarışığından ibarət bu kütlə üzərində, çay sistemlərinin fəaliyyəti nəticəsində, aşağı və yüksəksıxlıqlı süxurlardan ibarət, növbələşən lay sistemi yaranmışdır. Bu proseslərin nəticəsində CXÇ-də və ona bitişik Abşeron-Qobustan və Aşağı Kür çökəkliklərində üzvi maddələrlə zəngin Maykop cöküntülərinin 3.5 km-dən dərinə gömülməsi üçün əlverişli şərait yaranmış-dır. Nəticədə burada üzvi maddələrin karbohidrogenlərə generasiyasını şərtləndirən və təmin edən termobarik şərait yaranmışdır. Qravitasiya qeyri-dayanıqlılığı (Reley-Teylor əlaməti) ilə səciyyələnən bu qeoloji sistemdə coxlaylı geoloji kəsilişin altına gömülmüş qeyri-nyüton maye xüsusiyyətinə malik Maykop çöküntülərinin yuxarı təbəqələrə döğru intruziyası üçün əlverişli mühit yaranmış və palçıq vulkanlarının eruptiv kanalları əmələ gəlmişdir. Bu şaquli (subşaquli) obyektlər Maykopdaxili mühitdə əmələ gəlmiş karbohidrogenlərin üst qatda yerləşən laylar daxilindəki yüksək keyfiyyətli süzüm-tutum xassəli rezervuarlara miqrasiyasını təmin etmişdir. Eruptiv kanalların yaranma və inkişaf etmə, eyni zamanda Maykopdaxili mühitdə yaranmış karbohidrogenlərin miqrasiyası prosesləri Oliqosenin sonu və Miosenin əvvəlindən etibarən başlanmışdır və müasir dövrdə də davam etməkdədir. Yerinə yetirilmiş işlərin nəticələri əsasında aparılan tədqiqat sahəsində ana süxurları onların üzərində yerləşən laylı mühitlə əlaqələndirən yeganə birləşdirici cisimlərin palçıq vulkanlarının eruptiv kanallarının olduğu təsdiqlənmişdir.

Açar sözlər: palçıq vulkanizmi, qeyri-nyüton maye, çay sistemləri, neft-qaz yatağı, palçıq diapirləri, sedimentasiya yükü, rezervuar


ƏDƏBİYYAT

Ali-Zade A.A., Akhmadov G.A., Aliyev G-M.A., Pavlova V.A., Khatskevich N.I. Assesment of oil producting features of the Meso-Cenozoic deposits of Azerbaijan. Elm. Baku, 1975, 140 p. (in Russian).

Block structure of the Earth's crust and oil and gas content. Abstracts of the Scientific and practical Conference. Saint-Petersburg, VNIGRI, January 17-19, 1994, 139 p. (in Russian).

Block structure of Earth Crust and oil and gas content. Abstracts of the İnternational conference. Saint-Petersburg, VNIGRI, May 11-14, 1999, 98 p. (in Russian).

Guliyev I.S., Kadirov F.A. On one mechanism of hydrocarbons in-situ migration. Reports of the Russian AS, Vol. 373, No.4, 2000, pp. 506-509 (in Russian).

Guliyev I.S., Yusubov N.P., Huseinova Sh. M. On the formation mechanism of mud volcanoes in the South Caspian depression according to 2D/3D seismic data. Earth Physics, No. 5, 2020, pp. 131-138 (in Russian).

Diapir folds in geological bodies. 2017, http://geologam.ru ›geology ›framework›diap... (in Russian).
Milkov F.N., Gvozdetsky N.A. Physical geography of the USSR. Mysl. Moscow, 1976, 448 p. (in Russian).

Kerimov M.A., Novruzov A.K., Daneshvar S.N. Deep faults and some peculiarities of oil and gas fields location in the South Caspian megadepression. Baku University News, No. 3, 2012, pp. 69-78 (in Russian).

Kudryavtsev N.A. Deep faults and oil fields. Gostoptekhizdat. Leningrad, 1963, 220 p. (in Russian).
Lider M.R. Sedimentology. Mir. Moscow, 1986, 439 p. (in Russian).

Productive series of Azerbaijan. (ed. Alizadeh Ak.A., Guliyev I.S., Mamedov P.Z., Alieva E.G., Feyzullayev A.A., Huseynov D.A.). Vol. II. Nedra. Moscow, 2018, 236 p. (in Russian).

Salayev S.G. Oligocene-Miocene deposits of the south-eastern Caucasus and their oil and gas content. Publishing House of Academy of Sciences of Azerbaijan SSR. Baku, 1981, 255 p. (in Russian).

Tissot B., Welte. D. Oil formation and distribution. Mir. Moscow, 1981, 501 p. (in Russian).
Hein N.J. Geology, exploration, drilling and oil production. CJSC “Olymp-Business”. Moscow, 2010, 752 p. (in Russian).

Yusubov N.P. To the question of the breaking depressional tectonics of Azerbaijan's zone according to seismic exploration data. SOCAR Proceedings, No. 3, 2020, pp. 011-017. (in Russian).

Yusubov N.P., Guliev I.S. The role of mud volcanism in the formation of oil and gas fields. Azerbaijan Oil Industry, No. 9, 2018, p. 13-24 (in Russian).

Yusubov N.P. To the issue of presence of West Caspian. Azerbaijan Oil Industry, No. 4, 2017, c. 12-17 (in Russian).

DOI: 10.33677/ggianas20220100074